Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:27

►Tarixi bina söküləcək

Bakının Murtuza Muxtarov küçəsində yerləşən “Yuğ” teatrı müvəqqəti ünvana köçürüləcək

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Bu məqsədlə həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyi teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirdiyini bildirib.

Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan bəlli olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək.

Xəbərdə vurğulanır ki, “Yuğ” teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.

Azərbaycan Dövlət "Yuğ" Teatrını 1989-cu ildə tanınmış rejissor Vaqif İbrahimoğlu yaradıb.

2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG