Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:26

'Yol xəritəsi'nin elan olunmasına hazırlıq gedir


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Burda yerli, xarici ekspertlərin, məsləhətçi şirkətlərin iştirakı ilə milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlandığı deyilir.

Fərmanda yol xəritələrinin təsdiqləndiyi deyilsə də, onlar sənədə əlavə edilməyib. Baxmayaraq ki, sənəddə konkret sahələrlə bağlı bəndlərin qarşısında “əlavə edilir” qeydi var.

Buna da bax:​ Yol xəritəsi hansı yolda ilişib?

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzadlıqRadiosu-na bildirilib ki, “əlavələr hazırlanma mərhələsindədir” və onlar dekabrın 8-də ictimaiyyətə təqdim olunacaq. “Əlavələr yol xəritəsi kimi başa düşülməlidir?” sualına “bəli” cavabı verilir.

AĞIR SƏNAYE, UYĞUN QİYMƏYƏ MƏNZİL TƏMİNATI

Fərmanda qeyd edilir ki, yol xəritələri neft, qaz sənayesinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlıdır. Bundan başqa, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı da qarşıya əsas məqsəd kimi qoyulub. Habelə, ağır sənayenin, maşınqayırmanın, turizm sənayesinin, ticarətin inkişafı, logistika və uyğun qiymətə mənzil təminatı da əsas hədəflərdəndir.

Buna da bax: Strateji Yol Xəritəsi bu il qəbul ediləcək

Yol xəritəsində adətən prioritet sahə üzrə hədəflər dəqiqləşdirilir, konkret müddətdə görüləcək işlər qrafik üzrə müəyyənləşdirilir və onların reallaşdırılması üçün dəqiq maliyyə qaynaqları göstərilir.

Bir çox iqtisadçılar yol xəritəsini görmədən, orda “indikatorları, zaman kəsimini, qoyulan hədəfləri görmədən” fikir yürütməyə tələsmirlər. İndi əksər mütəxəssislər sənədin özünü görmək, ya da, ən azı, hökumətin açıqlama verməsini gözləyirlər.

“SADƏCƏ, YOLU GÖSTƏRƏCƏK”

Nazirlər Kabinetinin keçmiş əməkdaşı Oqtay Haqverdiyev AzadlıqRadiosu-na deyir:

Buna da bax: Azərbaycanı xilas edəcək 'Yol xəritəsi' hanı? [video]

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

– Sənəddə sadalanan istiqamətlər arasında bircə yeni şey var. O da sənaye və maşınqayırma sahəsinə diqqət veriləcək. Bu, doğrudan da vacib məsələdir. Yerdə qalanlar həmişə deyilib, yəni sahibkarlıqdır, kənd təsərrüfatıdır...

– Oqtay bəy, sənaye və maşınqayırma sahəsini inkişaf etdirməyə Azərbaycanda baza, potensial varmı?

– Baza bundan sonra yaranacaq. Yol xəritəsi də elə ondan ötrüdür ki, strateji məqsəd, hədəf göstəriləcək. Amma onun içində nə var, hələlik, bilmirik. Bilirsiniz, yol xəritəsini hazırlamaq heç bir investisiya tələb etmir. Nə var yazmağa? Alimlər var, iqtisadçılar var, oturub yazacaqlar. Amma bunu gerçəkləşdirməyə böyük investisiyalar lazımdır. Gör nə qədər sahədən söhbət gedir. Bunları həyata keçirməkdən ötrü külli miqdarda investisiya və struktur dəyişiklikləri tələb olunur.

Buna da bax:​ Prezident 12 strateji yol xəritəsini təsdiqlədi

– İnvestisiya mənbələrini hökumət müəyyənləşdirməlidir?

– Yol xəritəsində, sadəcə, istiqamət göstərilir. Hələlik, ortada bir şey yoxdur, sadəcə, yol göstərilir. Biz ya radikal islahatlar aparmalıyıq, ya da liberal iqtisadiyyat yaratmalıyıq ki, müəyyən yol qət edək.

– 12 istiqamət üzrə yol xəritəsi hazırlanır. Ölkə birdən-birə bu qədər sahəni prioritet elan edə bilərmi? Buna imkan varmı?

– Bu yol xəritəsi, sadəcə, yolu göstərəcək. Bundan sonra proqramlar hazırlanmalıdır. Orda artıq konkret vaxt qoyulacaq, maliyyə mənbələri göstəriləcək və tapşırıqlar qoyulacaq. Sonra da nəzarət ediləcək. Bunu hökumət hazırlamalıdır. Yol xəritəsi sadə yolu göstərir, o bizi hara aparacaq, Allah bilir. 2025-ci ilə qədər mən görməsəm də, siz görəcəksiniz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG