Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:06

►Torpaq kimindir?

“İdarənin əlində tutarlı sənədi yoxdur. Nə sorğularımıza cavab verir, nə də məsələni aydınlaşdırmaq üçün məni qəbul edir. Məhkəməyə vermişik. Hazırlıq iclasına da gəlmədilər”.

“Naftalan” Sağlamlıq Mərkəzi”nin rəhbəri Hikmət İbrahimov deyir, sağlamlıq mərkəzi ilə Bakı Şəhər Yol Polis idarəsinin inzibati ərazisi arasındakı boş torpaq sahəsi 2006-cı ildən 99 illik müqavilə əsasında icarəyə götürülüb.

Ancaq indi həmin ərazi Sağlamlıq Mərkəzi ilə həmin qurum arasında mübahisə predmetinə çevrilib. Hikmət İbrahimov DYP-ni məhkəməyə vermək məcburiyyətində qalıb:

99 İLLİK İCARƏ MÜQAVİLƏSİNƏ BAXAN YOXDUR

“Dövlət Yol Polisi İdarəsi ərazimizi zəbt edib. Halbuki həmin ərazi 10 ildir ki, 99 illik müqavilə ilə bizim icarəmizdədir. Əraziyə görə müəyyən məbləğdə pul ödəmişik. İndi Bakı Şəhər Dövlət Yol Polis İdarəsi orada avtodayanacaq tikir. Hamarlama zamanı “Naftalan” Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən əkilən ağaclar torpaq qatının altında qalıb. Baş idarəyə müraciət edib tikintiyə dair onlardan sənəd tələb etmişəm. Heç bir sənəd təqdim edə bilməyiblər."

Sahibkar deyir, ərazidən həm yeraltı, həm də yerüstü yüksək gərginlikli elektrik xətləri keçir. Bu isə həmin ərazinin təhlükəlilik riskini daha da artırır.

NƏ POLİS, NƏ İCRA HAKİMİYYƏTİ MƏSƏLƏYƏ QARIŞMADI

Mərkəz rəhbərinin deməsinə görə, zəbt olunan ərazinin sahəsi 1 hektardır. Mərkəzlə Səbail bələdiyyəsi ilə “Naftalan Sağlamlıq Mərkəzi” arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanıb.

Müqavilə əsasında sənədləşdirilməsi nəzərdə tutulan 9 min kv.m. torpaq sahəsinin planı tərtib edilib və Bakı şəhəri, Səbail bələdiyyəsi tərəfindən təsdiqlənib. Ərazidə çoxlu ağaclar əkilib. Mərkəz bunu sanatoriyaya gələn xəstələr üçün edib.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

Mərkəz sahibinin iddiasına görə, ərazi zəbt olunarkən sanatoriyanın divarı dağıdılıb, ağaclar, telefon xətləri qırılıb. Müraciəti əsasında əraziyə gələn polis və icra hakimiyyətinin əməkdaşları məsələyə müdaxilə etməyiblər.

Dövlət Yol Polisi İdarəsinin rəisi isə görüşünə gələn sahibkarla görüşmək istəməyib. Artıq ərazidə avtodayanacaq tikilib. Sahibkar deyir, tikintiyə qədər ərazidə polisin üç avtodayanacağı olub. Hazırda isə dayanacaqların sayı dörddür.

HAZIRLIQ İCLASI TƏXİRƏ DÜŞDÜ

İyunun 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə sahibkarın iddiası üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Hikmət İbrahimov ərazinin icarəsi ilə bağlı bütün sənədləri məhkəməyə təqdim edib. Ancaq qarşı tərəf iclasa gəlmədiyindən hakim iclası iyunun 24-dək təxirə salıb.

Baş Dövlət Yol Polis İdarəsi isə məsələnin məhkəmədə mübahisələndirildiyini əsas gətirərək münasibət bildirməyib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG