Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 23:33

Deputatdan acı manat proqnozu


YAP-çı deputat məmur villaları haqda danışır
Gözlə

No media source currently available

0:00 0:09:11 0:00

YAP-çı deputat məmur villaları haqda danışır

«Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar».

Bunu Lent.az-a müsahibəsində deputat Yevda Abramov deyib.

Deputat qeyd edib ki, üzən məzənnəyə keçmək asan deyil: «Bunun yolları var və Rusiya, Qazaxıstan kimi ölkələr bu yolu gedir. Xalq özü də hazır olmalıdır. Bizim başqa yolumuz yoxdur. Biz manatı sərbəst buraxmalıyıq. Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar. Düşünürəm ki, gələn il manat üzən məzənnəyə keçəcək və uzağı ikinci rübdə manat bir yerdə duracaq. Real məzənnəsini tapacaq».

Buna da bax-Manat ya ucuzlaşacaq, ya da ucuzlaşacaq

Deputatın fikrincə, bazara külli miqdarda pul buraxmaq olmaz: «Parlamentdə çıxışımdan sonra cənab prezidentin göstərişi ilə bank rəhbərləri tutuldu, «qara bazar»da insanlar böyük pullarla yaxalandılar. Mediaya inansaq, məmurlardan biri 100 milyon dolları xaricə çıxarıb. Necə çıxarıb, necə baş verib ki, biz qanunda göstəriləndən artıq pul çıxara bilmirik, o isə 100 milyon dolları çıxarda bilib? Ona görə də, xalqın üzərinə də iş düşür. Xalqda bir vətənpərvərlik, təpər olmalıdır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG