Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:17

Yerevanda partlayış və atışma səsləri eşidilir


Yerevanda davam edən silahlı qarşıdurmada tərəflər snayperlərdən istifadə edirlər
Yerevanda davam edən silahlı qarşıdurmada tərəflər snayperlərdən istifadə edirlər

Azatutyun xəbər verir ki, zəbt edilmiş PPX binasının yaxınlığındakı Xorenatsi küçəsində partlayış və atışma səsləri eşidilir

Ermənistan paytaxtında vəziyyət gərgin olaraq qalır.

Ölkə polisinin mətbuat katibi Aşot Aqaronyan özünün Facebook səhifəsinbdə post-patrul xidmətinin binasını zəbt etmiş dəstədən daha bir yaralının çıxarılaraq xəstəxanaya aparılmasını təsdiqləyib.

Ölkə hüquq-mühafizə orqanlarının rəhbərləri dəstə ilə qarşıdurmada qan tökülməsini istəmədiklərini və buna görə də yalnız cavab atəşləri açıldığını desələr də, sosial şəbəkələrdə yayılan bəzi postlardan görünür ki, sadə adamlar silahlı dəstə üzvlərinin bir-bir snayperlə “dənlənməsi” taktikasının yürüdüldüyünü düşünürlər.

Hökumət qüvvələrinə təslim olduqları deyilən Ruben Qrigoryan və Gevorq Melkonyan
Hökumət qüvvələrinə təslim olduqları deyilən Ruben Qrigoryan və Gevorq Melkonyan

Bundan az əvvəl müxalif “Müəssislər məclisi” hərəkatı silahl dəstənin üzvü Sedrak Nazaryanın yaralandığını və “qeyri-müəyyən istiqamətdə” aparıldığını təsdiqləmişdi.

Polis daha iki dəstə üzvünün binadan çıxaraq təslim olduqlarını və onların da yaralı olduğunu bildirib.

Rəsmi məlumatda “yaralı təslim olanların” Ruben Qriqoryan və Gevork Melkonyan olduğu bildirlir.

Moskva daha bir “Maydan” istəmir

Azatutyun xəbər verir ki, rəsmilər artıq bu iki nəfərdən ifadə alıblar və onlar PPX-nin binasını tərk etmək istəsələr də, bunu qorxudan edə bilmədiklərinui söyləyiblər.

Başqa sözlərlə, təslim olanlardan artıq silahlı dəstəyə qarşı “kompromat” yığılmasına başlanıb.

Azatutyun bunu da xəbər verir ki, zəbt edilmiş PPX binasının yaxınlığındakı Xorenatsi küçəsində partlayış və atışma səsləri eşidilir.

Sosial mediada yayılan bəzi xəbərlərə görə, hakimiyyət PPX binasını zəbt etmiş “Sasun igidləri” adlı dəstənin üzərinə hücum əməliyyatını davam etdirir.

Ermənistan mediasında dərc olunan təhlil yazılarının bəzilərində qeyd olunur ki, Moskva Yerevanda da “Maydan” yaranmaması üçün böhranın mümkün qədər tez, qansız və səssiz başa çatdırılmasını tələb edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG