Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

Yerevanda silahlı qarşıdurma səngimir


Silahlıların onlara tibb yardımı göstərən həkimləri girov götürdükləri xəbər verilib.
Silahlıların onlara tibb yardımı göstərən həkimləri girov götürdükləri xəbər verilib.

Binanı ələ keçirmiş 30 silahlının tələbi dəyişməyib. Onlar prezident Serj Sarkisyanın istefasını tələb edirlər.

Ermənistanda 10 gündən artıqdır ki, post-patrul xidmətinin binasını tutmuş silahlılar və hüquq-mühafizə orqanları arasında qarşıdurma təhlükəli şəkildə davam edir.

Binanı ələ keçirmiş 30 silahlının tələbi dəyişməyib. Onlar “Müəssislər məclisi” hərəkatının lideri Jirayr Sefilyanın həbsdən azad edilməsini və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.

Silahlılar iyulun 23-də əllərindəki son girovları da azad etdikdən sonra təslim olmaqdan imtina ediblər.

Qarşıduran tərəflər arasında baş vermiş son toqquşmada dörd silahlı və bir polis yaralanıb.

Polis bildirir ki, silahlılar indi də onların yaralılarına baxmaq üçün gedən həkimləri girov saxlayırlar, amma silahlılar bu xəbəri inkar edirlər.

Ermənistan prokurorluğunun bəyanatında silahlıların hərəkətləri “terrorçuluq” kimi qiymətləndirilib.

Buna da baxın: Silahlılar iyulun 27-i gecə gecə polis məntəqəsi yaxınlığında maşın yandırmışdılar.

Silahlı dəstə Yerevanda polis maşınını yandırıb
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

ABŞ səfirliyi narahatdır

Reuters agentliyi yazır ki, binanın ələ keçirilməsi üçün hər hansı polis hücumu mürəkkəb görünür.

Onlarca etirazçı qan tökülməsinin qarşısını almaq üçün PPX binasının yaxınlığındakı Xorenatsi küçəsinə toplaşırlar.

Yerevandan alınan son xəbərərdə deyilir ki, polis çərşənbə günündən etibarən bu küçədə hər hansı aksiyaları qadağan edib.

Bu arada Yerevandakı ABŞ səfirliyi yaranmış vəziyyətdən narahatlıq ifadə edib.

Səfirliyin bəyanatında Erebuni rayonundakı polis idarəsində həkimlərin girov saxlandığına dair xəbərlərin xüsusi narahatlıq doğurduğu bildirilir.

Binanı zəbt etmiş silahlılar həkimlərin girov götürüldüyü barədə iddiaları rədd edirlər və bildirirlər ki, həklimlər onlara yaralılara tibb yardımı göstərmək üçün lazımdır.

Müəssilər məclisi hərəkatının həbsxanada olan lideri Jirayr Sefilyan vətəndaş itaətsizliyini qızışdırmaqda ittiham olunur.

Arxivdən: Bir neçə gün öncə polislə silahlıların tərəfdarları arasında qarşıdurma

Ermənistanda polislə aksiyaçılar arasında toqquşma olub- yaralılar var
Gözlə

No media source currently available

0:00 0:08:16 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG