Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

Yerevandakı partlayış məişət zəminində törədilib


Foto arxiv
Foto arxiv

Yerevanda avtobusu partlatmaqda şübhəli bilinən şəxs qohumlarını öldürmək istəyirmiş.

Bu barədə “İnterfaks” agentliyi Ermənistan istintaq komitəsi sədrinin müşavirinə istinadla xəbər yayıb.

Məlumata görə, milli təhlükəsizlik xidmətinin operatif axtariş-əməliyyat tədbirləri nəticəsində partlayış yerindən tapılan telefon kartından məlum olub ki, onun qohumları ilə məişət zəmnində mübahisəsi olub və o, partlayışla qisas almağı planlaşdırırmış.

İstintaq komitəsi bundan əvvəl bunun terror aktı olmasına sübut tapılmadığını bildirmişdi.

Aprelin 25-də Yerevanın mərkəzi rayonlarından birində avtobusda baş vermiş partlayışda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Ermənistandan alınan son xəbərlərdə bildirilirdi ki, partlayışının səbəbi bomba olub..

Ermənistan polisinin rəhbəri Vladimir Qasparyana istinad edən yerli xəbər agentlikləri partlayışın qəlpə yox, dalğa xarakterli olduğunu bildirirlər.

Rəsmi məlumatlarda deyilir ki, partladıcı qurğu böyük bir ehtimalla sərnişin oturacaqlarından birinin altına qoyulubmuş.

Partlayış anı təhlükəsizlik kameralarına da düşüb.

Partlayış Alabyan küçəsində yerli vaxtla 21.00 radələrində baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG