Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:16

Noyabrın 13-də Yeni Zellandiyanın Christchurch şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi-nin məlumatına görə, zəlzələ Christchurch şəhərinin 91 kilometr şimal-şərqində, gecə yarısı baş verib.

Zəlzələdə ölən olmayıb. Ancaq sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Yeni Zelllandiyanın Cənub adasındakı ən böyük şəhər olan Christchurch yaxınlığında kiçik təkanlar davam edərkən, burden200 kilometr aralı yerləşən paytaxt Wellingtonda da təkanlar hiss edilib.

2011-ci ildə Yeni Zellandiyada baş verən 6,3 bal gücündəki zəlzələdə 185 nəfər ölmüşdü.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG