Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

Bakıda yeni çap olunan kitablar


►QANUN nəşriyyatından 4 yeni kitab gəldi

Bunlar son zamanların popular yazıçılarından Coco Moyesin “Səndən öncə mən” və yenə həmin müəllifin “Səndən sonra”, OSHO-nun “Bizə sevgidən danışın” və Joze Saramaqonun “Korluq” kitablarıdır.

JOZE SARAMAQO “KORLUQ”

Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı.

Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır.

Tərcümə: Nadir Qocabəyli

COCO MOYES “SƏNDƏN ÖNCƏ MƏN”

Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib – indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir...

“Səndən öncə mən” “Sevdiyiniz insanı onun sizin qəlbinizi qırdığını bilə-bilə necə xöşbəxt etməli?” sualına cavab verən romantik romandır.

Tərcümə: Fidan Cəfərzadə

COCO MOYES “SƏNDƏN SONRA”

Luiza Klarkın həyatından, sevdiyi insana sədaqətindən bəhs edir. O, Treynora qulluq etdiyi müddətdə aralarında sevgi yaranır. Oğlan ağrılara dözə bilməyib intihar edir. Bundan sonra Luiza onu unutmağa çalışsa da bacarmır. Xarici ölkələrə səyahət edir, müxtəlif adamlarla tanış olur, ancaq onu unuda bilmir, vətəninə qayıdır. Doğma şəhərindən aralıda yerləşən Londonda, bir barda iş tapır. Sevdiyi oğlan ona pul qoyub gedir, həmin pulla ev alır.

Bir gün fikirli halda yaşadığı binanın damına çıxarkən səs eşidib diksinir, ayağı sürüşüb damdan yıxılır, sağ qalır. Luiza dama çıxanda onu qorxudan səsin sahibi Lili Houqton-Millerdir – Treynorun qızı. O, ölənəcən qızının varlığından xəbər tutmayıb....

Tərcümə: Sevil Gültən

OSHO “BİZƏ SEVGİDƏN DANIŞIN”

Livan şairi Xəlil Cübranın ən mükəmməl kitabını şərh etməklə sufi-şair Osho müasir həyatımızın vacib problemlərinə müraciət edir və göstərir ki, bütün nevroz və psixozların səbəbi çox sadədir: bizim qəlbimiz üçün əsas “qidalandırıcı element” – nə sahiblik etmək, nə də nəzarət edilməyə çalışan sevgi çatmır...

Tərcümə: Ağca Qasımova

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG