Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:43

Lənkəranda kütləvi zəhərlənmə: 10 nəfərin vəziyyəti ağırdır


Arxiv fotosu
Arxiv fotosu

10 nəfərin vəziyyəti ağırdır

Lənkəran rayonunda zəhərlənənlərdən 10 nəfərinin vəziyyəti ağırdır.

«Report» bu xəbəri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına istinadən yayıb.

Xəbərə görə, infeksiya şöbəsinə yerləşdirilən 59 nəfərdən 49 nəfər ambulator müalicəyə buraxılıb. «Digər 10 nəfər isə nəzarət altındadır», - xəstəxanadan bildirilib.

Sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 59 nəfər daxil olub. Xəstələrin əksəriyyətinin 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də olub.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, olayın kənd ərazisindəki içməli su mənbəyinə yağış suyuna qarışması nəticəsində baş verdiyi ehtimal olunur. O, hazırda sudan götürülən nümunələrin Bakıya göndərildiyini və yalnız müayinənin nəticələrindən sonra dəqiq diaqnoz söyləməyin mümkün olduğunu deyib.

Daştatükdə suda infeksiya var?

«Lənkəran rayonunun Daştatük kəndində baş verən kütləvi zəhərlənmə kənd sakinlərinin istifadə etdiyi bulaq suyuna yağış sularının qarışması nəticəsində baş verib».

«Report»un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

İ.Abdullayev hazırda hadisə ilə əlaqədar Lənkərana getdiyini və zəhərlənmənin nədən baş verdiyini araşdırdıqlarını bildirib: «Baş verən hadisə zəhərlənmədən çox xəstələnmədir. Onlarda yoluxucu xəstəliklərin əlamətləri var. Vaxtilə kəndə bulaqdan su çəkilib. Quraqlıq olduğundan həmin bulağa əlavə mənbə kimi başqa bir yerdən də su çəkilib. Su xətti açıq olduğundan yağışlar yağanda istifadə olunan suya əlavə sular qarışıb. Kənd sakinlərinin xəstələnməsinə də həmin suyun səbəb olduğu ehtimal olunur. Hazırda nümunələr götürülüb, tam dəqiqləşdirmə aparılır».

56 nəfər zəhərlənib

Sentyabrın 5-də Lənkəranda 56 nəfər yardım üçün xəstəxanaya müraciət edib. Həkimlər əksəriyyəti uşaqlar olan bu insanların zəhərləndiklərini bildirirlər.

APA hadisənin rayonun ucqar yaşayış məntəqələrindən olan Daştatük kəndində baş verdiyini bildirir. Yerli həkimlər zəhərlənən insanların əksəriyyətinin vəziyyətinin yaxşılaşdığını bildiriblər.

Rəsmilərin ilkin ehtimalına görə, bu insanlar kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində zəhərləniblər. Amma, hələlik, zəhərlənmənin mənbəyi dəqiq məlum deyil. Həmin kənddən içməli su nümunələri analiz üçün paytaxt Bakıya göndərilib.

Qeyd: Əgər bu hadisə barədə sizdə daha müfəssəl məlumat, video və ya fotolar varsa, bizə göndərin, AzadlıqRadiosunda da yayılsın.

WhatsApp nömrəmiz:

(+420) 778 711 700

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG