Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:01

Bekarçılığa məhkum keçmiş 'siyasi məhbuslar'


Rəsul Cəfərov azadlıqda!
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Rəsul Cəfərov azadlıqda!

►“İndiki qanunla QHT sektorunda işləmək, sadəcə, mümkün deyil. Bu gün Azərbaycanda QHT sektoru işləmir”

“İnanmiram ki, Rauf Mirqədirovun imzasını öz qəzetində, saytında görmək istəyən media rəhbəri tapıla. Eləsi də var ki, mən o media orqanında imzamın getməsini istəməzdim”.

Bunu bir neçə ay öncə həbsdən çıxan siyasi şərhçi, jurnalist Rauf Mirqədirov deyir.

O danışır ki, il yarımdan çox keçirdiyi həbsxana həyatından sonra dostları onu elə əhatəyə alıb, heç bilməyib gün hardan çıxır, hardan batır:

“Ona görə reabilitasiya prosesini rahat keçirdim. Bütün günü dostlar gəlirdi, gedirdi, məni uzun müddət tək buraxmadılar. Təkadamlıq kamerada qalmağıma baxmayaraq, bu ünsiyyətlər normal həyata ağrısız başlaya bilməmə kömək etdi”.

Buna da bax: Məhbus-memar: 'Susduqca sıra sizə gələcək'

“Peşə vərdişlərimə reabilitasya ola bilmirəm”

Rauf Mirqədirov
Rauf Mirqədirov

​Ancaq jurnalistin hələ də alışa bilmədiyi məqamlar var. Bu da onun peşə həyatı ilə bağlıdır. Müsahibimiz deyir ki, əməkdaşı olduğu “Zerkalo-Ayna” fəaliyyətini dayandırandan sonra onun üçün media platforması tükənib. O, “Ayna” qəzetinin elektron versiyası üçün müəllif yazıları yazsa da, bunun uzun illər alışdığı peşə vərdişlərindən doğan tələbatı tam ödəmədiyini vurğulayır:

Rauf Mirqədirov: Əvvəlki həyat tempimi bərpa edə bilməmişəm
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

“Ayna-Zerkalo” gündəlik qəzet idi, mən 15 il bu qəzetin əməkdaşı olmuşam, gündəlik bir ritmim vardı. İndi bu yoxdur. Təbii ki, həm bu, həm də ailəmdən uzaq olmağım məni darıxdırır”.

Rauf Mirqədirovun yaxın-uzaq planı yoxdur, daha doğrusu, onun yeganə can atdığı məsələ xaricdə yaşayan ailəsinə qovuşmaqdır. Ona görə də, “əgər sizi ölkədən buraxmasalar, B variantınız varmı” sualını da cavabsız buraxır, deyir, ailəsinə yaxın vaxtlarda qovuşacağına o qədər inamı var ki, başqa ehtimalları yaxına buraxmaq istəmir.

Rauf Mirqədirov 2014-cü ilin aprelində dövlətə xəyanət ittihamı ilə həbs olunmuşdu. O, 2016-cı ilin martında Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun real cəzaçəkmə müddəti şərti cəza ilə əvəzlənib.

“İşsizlikdir”

Anar Məmmədli
Anar Məmmədli

Bir neçə aydır azadlığa buraxılan hüquq müdafiəçisi Anar Məmmədlinin həbsdən sonra normal həyata reabilitasiyasına qohum-əqrəba kömək edib:

“Qohum-əqrəba, dost-tanışla görüşmək ovqatıma yaxşı təsir edirdi”.

Anar Məmmədli həbsdən çıxandan sonra səhhətinin bərpasıyla məşğul olub, müalicə götürüb, xarici ölkələrə səfər edib:

“Xaricdə bəzi toplantılarda iştirak elədim, çoxdan görmədiyim tanışlarla ünsiyyətin də müsbət təsiri oldu”.

Ancaq hüquq müdafiəçisi uzun müddətdir məşğul olduğu QHT sektorunda canlanma olmadığından bədbindir, deyir ki, mövcud qanunvericilik vətəndaş cəmiyyətinin əl-qolunu bağlayıb. Onun sözlərinə görə, həbsdən çıxandan sonra bir çox eksperti, QHT-çini meydanda görməyib:

“Onları da qınamıram, iş, fəallıq olmayandan sonra nə etməli idilər? Sektoru tərk ediblər. Biz həmişə fəal olmuşuq, həbsdən əvvəl aktiv bir həyat tərzin vardı, amma indi görməyə iş yoxdur”.

“Araşdırma aparacam”

Anar Məmmədli düşünür ki, QHT-lər haqqında qanunvericilik dəyişməsə, bu sektorda yenidən canlanma yaranmasa, tədqiqatlara baş vuracaq:

“Ölkəmə, yaxınlarıma, ailəmə bağlı bir adamam. Onları qoyub ölkəni tərk etmək, hardasa siyasi sığınacaq almaq kimi bir niyyətim yoxdur. Ancaq ola bilsin ki, akademik sahədə tədqiqat işləri ilə bağlı bir neçə aylıq uzaqlaşım”.

Anar Məmmədli: İndi araşdırmalara meyl edirəm
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

O, hələlik ictimai işlərlə məşğuldur, “siyasi məhbus” məsələsi ilə maraqlanır və əqidədaşları ilə bu problemin çözülməsinə yardımçı olmağa çalışır.

“Hələ reabilitasiya bitməyib”

Digər hüquq müdafiəçisi Rəsul Cəfərovun isə reabilitasiya dövrü bitməyib, bu dövrü bitməməyə qoyan da üzləşdiyi iş problemləridir: “Səhhətimlə bağlı xarici ölkədə müayinə olundum, müalicə götürdüm. Amma reabilitasiya dövrüm keçməyib”.

Rəsul Cəfərov: Layihələr həyata keçirməliydik, amma edə bilmirik
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00
Direct-ə keçid

Rəsul Cəfərov deyir ki, ölkə daxilindən çox xaricdə işləyir:

“Avropada siyasi məhbus, siyasi azadlıqlarla bağlı tədbirlərə ekspert kimi çağırırlar. Bakıda da bəzi müraciətlər olur"

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Müsahibimiz deyir ki, indi güclərini daha çox QHT haqqında qanunvericiliyin dəyişməsinə yönəldiblər. Hökumətə, həm də beynəlxalq təşkilatlara mövcud qanunun yaratdığı maneələri çatdırmağa çalışırlar. Rəsul Cəfərov söyləyir, keçirilən görüşlərdə onlar vətəndaş cəmiyyətinin təkcə insan hüquq və azadlıqlarının müdafiəsində durduğunu yox, həm də cəmiyyətin iqtisadi-sosial məsələlərinə də yardım etdiyini vurğulayırlar.

Gündəlik həyatında bir iş böhranı ilə üzləşdiyini deyən Rəsul Cəfərovun sözlərinə görə, əvvəllər layihələrdə çalışırdı, fəal idi, indi isə sanki görməyə iş yoxdur: “İndiki qanunla QHT sektorunda işləmək, sadəcə, mümkün deyil. Bu gün Azərbaycanda QHT sektoru işləmir”.

Anar Məmmədli və Rəsul Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla həbs olunmuşdular. Yerli və beynəlxalq insan haqları təşkilatları onların və onlarla digər ictimai-siyasi fəalın siyasi motivlərlə həbsə atıldığını, təzyiqə məruz qaldığını bildirir. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olmadığını, bütün təməl insan hüquq və azadlıqlarının tam təmin olunduğunu deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG