Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:03

Avropa çempionatına bir gün qalmış Bakıda...


►“Topaz” qan ağlayır, proqnozlar isə...

Mahir Rüstəmli: “Türklər “ölüm qrupu”ndan çıxıb növbəti mərhələyə adlaya bilsələr, inşallah irəliləmək perspektivi yetərincə realdır”

İyunun 10-dan azarkeşlər üçün möhtəşəm bir ay başlayır – futbol üzrə Avropa çempionatı.

Həyəcan, gərginlik, xəyal qırıqlığı, ümid, məğlubiyyət və sevinc dolu bir ay. Futbol varsa, mərc də var, mübahisə də. Finala kimlər qalacaq? Sürpriz komanda kim olacaq?

Bu suallarımıza cavab almaqdan ötrü Avropa çempionatına bir gün qalmış üz tutduq mərc oyunları üzrə milli operator “Topaz”ın məntəqələrinə. Adıçəkilən bukmeker kontorunun paytaxtın Xətai rayonundakı bir neçə məntəqəsinin qapısını bağlı gördük, qapısı açıq olanlardan biri işləyir, bir başqası da köç üstündə idi.

“TOPAZ” QAN AĞLADI: “BİR NƏFƏR DƏ GƏLİB GETMİR” Məhəmməd Hadi küçəsindəki məntəqəni işlədən Elçin deyir ki, bu dəfə müştərilər oyunlara həvəs göstərmirlər:

– 2016 Avropa çempionatının reklamlarını gətirib yapışdırıblar. Hələlik müştərilər arasında canlanma, saylarında ciddi dəyişiklik yoxdur. Çox zəifdir. Bir gün qalıb Avropa çempionatının başlanmasına, ancaq özünüz görürsüz, bir nəfər də gəlib-getmir, bekarçılıqdır.

Həmsöhbətimizin sözlərinə görə, manatın devalvasiyasından sonra iş kasadlaşıb.

– Ondan sonra müştəri tam kəsilib. Ölkədəki böhranla bağlıdır. Gəmi batıb, biz suyun üzündə qalanlardanıq. Bu küçədə nə qədər dükan vardı. On ilə yaxındır burdayam, çoxu – 60 faizi bağlıdır. Biz də bu gün-sabahlığıq. Vəziyyət acınacaqlıdır. Arxayın idik ki, çempionat ərəfəsində düzələr. Bəlkə sabah olar? Ola bilər də, oyun başlayanda bəlkə düzələ...

____________________________________________________________

Bunlara da bax:
Rusiyada üçtərəfli Qarabağ sammiti?
“Nefti bahalaşdıran səbəblər qalıcı deyil”

____________________________________________________________

Sadıqcan küçəsindəki məntəqədəsə köç var. Başqa ünvana daşınırlar, daha qələbəlik bir yerə. Buranın sahibisə çempionat başladıqdan sonra artım gözlədiyini deyir.

“TARİXDƏ HƏLƏ BELƏ FİNAL OLMAYIB”

Bəs məntəqə sahibləri və ya müştərilər çempionatdan nə gözləyir, hansı proqnozları verirlər?

– Mən Fransanı fikirləşirəm, eləsi var İngiltərəni deyir. Məncə, finalda Fransa–İngiltərə qarşılaşacaq. Sürpriz komanda Belçika da ola bilər, İsveç də. Türkiyə də maraqlıdır.

– Çempion İngiltərə ola bilər, Almaniya, Fransa da. Başqası ağlıma gəlmir.

– Sabah Fransa uda bilməyəcək. Fransaya proqnoz verənlər yanılacaq. Çox gözəl çempionat keçəcək. Sensasiya çox olacaq. İspaniya da çempion olacaq. Yüklənmə Fransayadır. Amma olmayacaq. Belçika da dörddə birdə ilişəcək.

– Finalda kimi görürsüz?

– Hələ belə final olmayıb. Həqiqətən güclü final olacaq. İnşallah, final İspaniya ilə Almaniya arasında olmalıdır. İspaniya da 2-0 udacaq.

“TÜRKİYƏ BU “ÖLÜM QRUP”UNDAN ÇIXSA...”

Mahir Rüstəmli
Mahir Rüstəmli

İndi də “Futbol plyus” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin gözləntilərinə keçək:

– Favoritlər meydan sahibi olan fransızlardır. Ondan başqa, almanların və ispanların şansı yetərincə yüksək qiymətləndirilə bilər. Bu üç komandadan sonra ingilisləri və ispanları da qeyd edərdim. Favoritlərin ikinci eşalonu kimisə Xorvatiya, Türkiyə, Portuqaliya, Belçikanın adını çəkmək olar.

– Mahir bəy, adətən, Azərbaycan azarkeşlərini daha çox Türkiyə yığmasının oyunları maraqlandırır. Bu dəfəki çempionatda türk yığması mübarizəni hara qədər davam etdirə biləcək?

– Türkiyənin bəxtinə elə qrup düşüb ki, hamı birağızdan onu “ölüm qrupu” adlandırır. Türklər burdannövbəti mərhələyə adlaya bilsələr, inşallah, irəliləmək perspektivi yetərincə realdır. Amma öncə “ölüm qrup”undan çıxmaq lazımdır. Bütünlükdə hesab edirəm ki, Türkiyənin potensialı qrupdakı rəqiblərini – İspaniya, Çexiya və Xorvatiyanı məğlub etməyə yetər.

– Bu dəfəki Avropa çempionatı ötən dəfəkindən nəylə fərqlənəcək?

– Son 20 ildə ilk dəfə olaraq iştirakçıların sayı 16-dan 24-ə qaldırılıb. Bu formatına görə hətta mini dünya çempionatına bənzəyir. Avropa çempionatı da dünya çempionatı kimi bir ayadək davam edəcək. Qitənin hər yerindən burda komandalar olacaq, fərqli ulduzlar, fərqli futbol mədəniyyəti görəcəyik. Bundan başqa, Avropa çempionatına beş debütant qatılacaq. Hər halda, futbol azarkeşlərini maraqlı ay gözləyir.

Avropa çempionatının keçiriləcəyi müddətdə həyəcanı artıran həm də onun keçirildiyi Fransada terror təhlükəsinin çox yüksək olmasıdır. Hər nə qədər ev sahibi təhlükəsizlik tədbirlərini artırdığını bəyan etsə də.

XS
SM
MD
LG