Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Əhməd Davutoğlu Türkiyədə baş vermiş terror haqda danışıb - [Video]


Türkiyədə bomba partlayışında 40 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Türkiyədə bomba partlayışında 40 nəfər həlak olub

-
«40 nəfərdən çox adamın ölməsi ilə nəticələnən terror aktlarından sonra Türkiyə istənilən cavab tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır».

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Berlində səfərdə olan Türkiyə XİN rəhbəri Əhməd Davutoğlu deyib.
Nazir qeyd edib ki, o bu mövzunu baş nazir Rəcəb Tayyip Ərdoğanla müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, o keçən ilin oktyabrında Suriya sərhədi yaxınlığında yerləşən Axçakala qəsəbəsinə raket zərbələri endirilən zaman olduğu kimi NATO-nun təcili iclasının çağırılmasında ehtiyac görmür.
Ötən gün gecə Türkiyə DİN rəhbəri Müəmmər Gülər bildirib ki, Suriya sərhədi yaxınlığındakı Reyhanlı qəsəbəsində törədilmiş partlayışlara aidiyyəti olan şəxslərin müəyyən olunması istiqamətində iş yekunlaşmaq üzrədir. Nazir onların Suriya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu qeyd edib. Analoji bəyanatla həmçinin Türkiyənin baş nazirin müavini Bəşir Alatay çıxış edib.
Xatırladaq ki, Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı 42-yə, yaralananların sayı isə 140 nəfərə çatıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.
Terror aktları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.

Türkiyənin Baş nazirinin müavini deyib ki, partlayışları Suriyanın kəşfiyyat və hərbi dairələrinin törətdikləri ehtimal olunur, amma hələlik araşdırma getdiyindən konkret ad çəkmək olmur.

Son bir neçə ayda bu bölgəyə Suriya tərəfdən bir neçə dəfə mərmi düşüb.

Hazırda Reyhanlıda xeyli Suriya qaçqını var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG