Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:32

Seyf əl-İslam Qəddafi kimdir?


Seyf əl-İslam Qəddafi
Seyf əl-İslam Qəddafi
Liviya prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi (Saif al-İslam Gaddafi) atasının hakimiyyətini son ana qədər qoruyub saxlayacağını bildirib.

O, bunu atasının 40 illik hakimiyyətinə qarşı başlanmış iğtişaşlarla bağlı televiziya ilə çıxışında deyib. Kiçik Qəddafi çıxışında mühacirətdə yaşayanları ölkədəki iğtişaşları qızışdırmaqda ittiham edib. O, islahatlar aparmaq üçün dialoq da təklif edib.

Keçən il Seyf əl-İslamı «New York Times» qəzeti Qərbin dostu və Liviyanın islahatçı imici kimi xarakterizə etmişdi. Onun 38 yaşı var, ingilis dilində sərbəst danışır. London İqtisadiyyat Məktəbində fəlsəfə doktoru dərəcəsi alıb.

Seyf əl-İslam Qəddafi son 10 ildə Liviyanın Qərb dövlətləri ilə danışıqlar aparmasında da müsbət rol oynayıb. Bu danışıqlar sayəsində Liviya nüvə silahından imtina edib. On illərdir Qərbin düşməni qismində davam edən izolyasiyaya son qoyulub. Bununla da o, ölkənin neft sektoruna xarici investisiyanın qoyulmasına yol açıb.

Seyf əl-İslam hətta islahat təkliflərinə görə hakim elita ilə üz-üzə gəlib. Bəzi analitiklər bildirirlər ki, onun mühafizəkar rəqiblərinin arxasında qardaşları - milli təhlükəsizlik müşaviri olan Mutassim və orduda yüksək mövqe tutan Xamis dayanır.

Ötən ilin dekabrında SEYF ƏL-İSLAM QARDAŞLARI İLƏ HEÇ BİR ƏDAVƏTİNİN OLMADIĞINI BİLDİRMİŞDİ. Onun mühafizəkarlarla mübarizəsi son bir neçə ayda kulminasiyaya çatmışdı. Onunla bağlı olan «Ghad» media qrupunun 20 jurnalisti həbs edilmişdi. Nəticədə media qrupunun rəhbəri vəzifəsindən azad olunmuşdu. Bu media qrupunun əsas qəzeti isə öz nəşrini dayandırmışdı.

Seyf əl-İslam xalq arasında nüfuzunun xeyli hissəsini xeyriyyə təşkilatının rəhbəri kimi qazanıb.

Seyf əl-İslam Müəmmər Qəddafinin ortancıl oğludur. 1972-ci ildə doğulub. Tripolidəki Əl-Fateh Universitetində arxitektura üzrə təhsil alıb. Təhsilini Vyanada davam etdirib. Tripolidə yerləşən beynəlxalq Qəddafi Fondunun prezidentidir. Bu fondun Londonda da nümayəndəliyi var.

Adının mənası «İslam qılıncı» deməkdir. O, Qərbdə 5 bolqar tibb bacısı və bir fələstinli həkimin azadlığı buraxılmasında oynadığı rola görə də tanınır. (Liviya hökuməti həmin tibb işçilərini azyaşlı uşaqları HİV virusuna yoluxdurmaqda ittiham edirdi).

Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi «Mexanik»dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG