Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:29

►Azərbaycan Dövlət Musiqili Teatrı Yeni İl Bayramı şənliklərinə çiddi hazırlaşır.

Qurumun mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, bayram şənlikləri ilə bağlı hazırlıq prosesi artıq yekunlaşmaq üzrədir.

Teatrda şənlikllərin dekabrın 24-dən başlanması və 2016-cı il yanvarın 10-dək davam etməsi planlaşdırılır.

Xəbərdə vurğulanır ki, Musiqili Teatr bu il tam fərqli, bir çox yeniliklərlə zəngin olan əsl bayram şousu hazırlayıb.

Bayram münasibətilə teatr binasının fasadı tam bəzənib.

Teatrın təşkil etdiyi şənliklərdə balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, müxtəlif nağıl qəhrəmanları ilə əyləncələr gözləyir.

Şaxta baba və Qar qız onlar üçün gözəl hədiyyələr hazırlayıb.

Bayram şousu ilə yanaşı, Dövlət Musiqili Teatrında nağıl-tamaşa da hazırlanır.

Buna da bax: Saakashvili vətəndaşlıqdan çıxarıldı

Məşqləri gərgin şəkildə davam edən nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

Teatr hamını Azərbaycan Dövlət Musiqili Teatrında Yeni İli birlikdə qarşılamağa dəvət edir.

Şənliyin afişası

Günün bütün mövzuları

XS
SM
MD
LG