Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Yəmənin paytaxtı Səna şəhərində yas mərasiminə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 140-ı ötüb, 500-dən çox yaralı var.

Qərb mətbuatı xəbər verir ki, zərbələri islam ekstremistləri ilə mübarizə etmək üçün Yəmən hökumətinə kömək edən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya endirib.

Ancaq koalisiya hava zərbələri endirmədiyini bildirir.

Yəmən hökuməti ölkənin bir hissəsinə nəzarət edə bilir. Cənubda hökumət radikal cihadçılarla, şimal və qərbdə yaraqlı husilərlə mübarizə aparır.

Aviazərbə husilər yaşayan bölgəyə endirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG