Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:25

DİN Tofiq Həsənli haqda açıqlama verdi


Tofiq Həsənli
Tofiq Həsənli

-

Şair Tofiq Həsənli qanunsuz olaraq külli miqdarda narkotik satmaqda şübhəli bilindiyinə görə saxlanılıb. Hazırda barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb, həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna belə deyib.

Tofiq Həsənlinin ailəsi və dostları onun narkotikdən istifadə etməsi və ya satması haqda deyilənləri təkzib edir. Onun dindar olduğunu, Kərbəlanı ziyarət etdiyini söyləyirlər.

Orxan Mansurzadə isə bu deyilənlərə belə münasibət bildirir: “Necə narkotikdən istifadə etməyib ki, 10 il bundan qabaq narkotikdən istifadəyə görə 2 il yarım azadlıqdan məhrum edilib. İndisə bu adam satışa görə saxlanılıb. Üzərindən də külli miqdarda tiryək çıxıb. O izahatında da tanımadığı İran vətəndaşından külli miqdarda tiryək aldığını etiraf edib”.

Şair Tofiq Həsənli oktyabrın 13-də polis tərəfindən saxlanılsa da, ailəsinə məlumat verilməyib. Yaxınları onun oğurlandığını güman ediblər. Bir neçə gün sonra Tofiq Həsənlinin narkotikə görə saxlanıldığı və hazırda Kürdəxanı istintaq təcridxanasında olması haqda məlumat verilib. Eləcə də ailəsindən ona pal-paltar çatdırılması istənilib.

Tofiq Həsənlinin yaxınları onun şeirlərinə görə həbs olunduğunu bildirirlər. Şair bu ilin yanvarında AzadlıqRadiosuna müsahibəsində demişdi ki, şeirlərinə görə hədələnir və onu həbs etmək istəyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG