Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:18

Fermerlər heyvanları qəssaba verməyə məcbur olub


Ferma (arxiv fotosu)
Ferma (arxiv fotosu)

«Kənd təsərrüfatı məhsullarının qiymətinin artması istehsalın kəskin şəkildə azalması ilə bağlıdır».

Bunu «Turan» İnformasiya Agentliyinə müsahibəsində İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Vahid Məhərrəmov bildirib.

«Bu il ət idxalı ötən ilin 7 ayı ilə müqayisədə 91, süd məhsullarının idxalı 60, meyvə və tərəvəz idxalı 32, çay idxalı 81, şəkər idxalı 20 faiz artıb. Biz bu qədər idxal ediriksə, dolların məzənnəsinin artması mütləq bazardakı qiymətlərin artımına təsir edir», deyə ekspert bildirib.

V. Məhərrəmov kənd təsərrüfatında subsidiya sistemini qeyri-effektiv hesab edir.

Buna da bax: Son deyil, ardı mütləq gələcək

Ədalətli rəqabətə şərait yaradılmayıb

«Bəzi hallarda subsidiyalar ünvanına çatmır. Dövlət başçısı belə deyir ki, subsidiyalar fermerlərə çatmır, məmurlar tərəfindən mənimsənilir. Kənd təsərrüfatına subsidiyalar 2007-ci ildən ayrılır. Taxılçılıq prioritet sahə idi. Hər il bir hektar üçün 80 manat subsidiya verilirdi. Amma məhz 2007-ci ildən etibarən Azərbaycanda taxıl idxalı artır», deyə o bildirib.

Ekspert qeyd edib ki, ölkədə, hələ də, ədalətli rəqabətə şərait yaradılmayıb. Fermerlərin məhsullarını sərbəst şəkildə bazara çıxarmasına, lazımi istehsal vasitələrinin idxalına şərait yoxdur. Orta ölçülü 2 minə yaxın dəyirman yararsız hala gəlib.

Buna da bax: Prezidentin göstərişi, 2159-cu il və kakao qoxusu...

Qış bazarına ehtiyat yoxdur

«Ət və ət məhsullarının qiymətinin artması bu siyasətin nəticəsidir. Azərbaycanda onsuz da az olan otlaqlar taxıl, daha sonra isə pambıq əkilməsi üçün verilib. Mal-qaranın otlaması üçün yer yoxdur. Son iki ildə fermerlər heyvanları qəssaba verməyə məcbur olublar. Həmin vaxt rayonlarda mal ətinin qiyməti 4 manata qədər düşmüşdü. Amma aydın idi ki, gələcəkdə ət və süd defisiti yaranacaq. İndi biz bunun nəticələrini müşahidə edirik», deyə V. Məhərrəmov bildirib.

Buna da bax: Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...

Qışda qiymətlərdə sıçrayışın olacağını proqnozlaşdıran V. Məhərrəmov deyib ki, bu il kənd təsərrüfatı məhsullarının istehsalında ciddi azalma qeydə alınıb.

«Əvvəllər məhsulların bir hissəsi bazara çıxarılır, qalan hissəsi isə xüsusi soyuducularda saxlanılırdı. İndi belə ehtiyat yoxdur. Buna görə qışda bu, qiymət artımına gətirib çıxaracaq», ekspert vurğulayıb.

Buna da bax: İqtisadçıdan 'SOS' siqnalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG