Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:11

Kimə bir saatlıq ana lazımdır?


Foto: arxiv
Foto: arxiv

Yekaterinburqda qeyri-adi könüllü xidmət yaranıb

3 yaşlı Mişa serebral iflicdən əziyyət çəkir. Buna görə valideynləri onu atıb. Uşaq evində tərbiyəçilər var, amma belə uşaqlar xəstəxanaya düşəndə tamamilə tək qalırlar. Amma Mişa artıq tək deyil, onun anası var: “Mama Oksana”.

“Əgər heç kimi yoxdursa, uşağı kim yedizdirəcək? Tibb bacısı? Onsuz da onun işi çoxdur, xəstəxana ağzına kimi doludur”, – Oksana deyir.

O, “Bir saatlıq ana” hərəkatının könüllüsüdür. Hərəkat könüllüləri xəstəxanalarda kimsəsiz uşaqların qeydinə qalırlar. Rusiya qanunlarına görə, klinikalar kimsəsiz uşaqları müşayiətsiz qəbul etməlidirlər. Ancaq çətin diaqnozlu və ya əməliyyatdan çıxan uşaqlar xəstəxana divarları arasında tək qala bilmirlər.

Buna da bax: «Deyir, «ana, məni uşaq evinə qoyma»»

Belə bir ştat yoxdur...

“Başqa xəstəxanalarda belə uşaqlara qulluq göstərməyə könüllü çatışmır, tibb bacıları gecə-gündüz ağır xəstələrin başında dayanmağa məcbur olur, bütün günü ayaq üstə qalırlar, belə uşaqlara qulluq çox çətindir”, – “ana”lardan biri Dilara Akirova deyir.

Ana
Ana

​Nə xəstəxanalarda, nə uşaq evlərində “yedizdirən xəstəxana anası” vəzifəsi yoxdur. Ona görə də tibb işçiləri belə könüllülərlə işləməkdən məmnundurlar.

“Tibb bacısının işi – bütün hallarda diqqət tələb edən tibb işidir, ancaq uşaqlara qulluq da çox vacibdir. Çünki onlar, adətən, qalxa bilmirlər, onları yumaq, yedizdirmək gərəkdir, üstəlik, ünsiyyətə də ehtiyac var. Belə bir işçi ştatı isə yoxdur”, - Yekaterinburq xəstəxanasının əməkdaşı Yelena Nekrasova deyir.

“Ana” çatışmır

Təkcə bu ay bu xəstəxanaya 5-ə yaxın belə uşaq gətiriblər. Hər birinə 2-3 “1 saatlıq ana” lazımdır. Onlar işləyə bilsinlər və həm də psixoloji cəhətdən yüklənməsinlər deyə, bir-birilərini növbəylə əvəzləyirlər. Hərəkatın indi 35 növbətçi “ana”sı var, böyük şəhər üçün isə bu, kiçik rəqəmdir.

““Ana”lar heç də çox deyillər, çünki biz “ana”lar başqaları kimiyik, xəstələnirik, ezamiyyətə gedirik, məzuniyyətə çıxırıq”, hərəkatın rəsmilərindən Yuliya Belxanova deyir. O, təəssüflə bildirir ki, bu yay ona 3 müxtəlif xəstəxanadan müraciət ediblər, ancaq həmin vaxt onlar 3 uşağa qulluq göstərdiklərindən və “ana” çatışmadığından xahişi yerə salmalı olublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG