Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:33

Garry Kasparov: 'Putin rejiminin məhvinə gətirəcək dəqiq alqoritm...'


Garry Kasparov

Garry Kasparov

Garry Kasparov: “Canavara hava”

İndi daha çox siyasətçi kimi tanınan, şahmat üzrə keçmiş dünya çempionunun fikrincə, yaxın gələcəkdə Putin rejiminin məhvinə gətirəcək dəqiq alqoritmi formalaşdırmaqdan ötrü öncə bu rejimi möhkəmləndirən davranışlardan imtina etmək zəruridir.

AzadlıqRadiosu-nun rus xidməti şahmat üzrə dünya çempionu, "İnsan Hüquqlarını Müdafiə Fondu" beynəlxalq şurasının rəhbəri, rusiyalı siyasətçi Garry Kasparov-un "Monstra (canavara) hava" adlı məqaləsini dərc edib.

“Neçə il olar aydındır ki...”

Problem ondadır ki, Rusiya artıq çoxdan dinc dəyişikliyin mümkün olmadığı dövrə qədəm qoyub.

"Neçə il olar aydındır ki, Rusiyada seçki adlandırılan prosedurun hakimiyyət məsələsinin həllinə heç bir aidiyyatı yoxdur. Di gəl, özlərini müxalifətçi adlandıran siyasətçilər hər dəfə bu prosesə qatılmağa can atır və bununla bilərəkdən, ya bilməyərəkdən, Rusiya vətəndaşlarının nəticələri əvvəldən məlum siyasi prosesə cəlb olunmasına şərait yaradaraq, Kremlə kömək edirlər. Onlar bunu ya anlamır, ya da özlərini anlamamış kimi göstərərək, belə davranışlarıyla cəmiyyəti dinc dəyişikliyə inandırmaq baxımından parazitlik edirlər (“parazit” deyərkən, bir başqa canlının hesabına yaşayan orqanizm nəzərdə tutulur – red.). Ancaq problem ondadır ki, Rusiya artıq çoxdan dinc dəyişikliyin mümkün olmadığı dövrə qədəm qoyub. Üstəlik, bu rejimin can çəkişməsi nə qədər uzun çəkərsə, Rusiyanı bir o qədər böyük təlatümlər gözləyir. "Müxalifətçilər" seçkilərdə iştirakın vacibliyi barədə danışmaqla insanlara ümidləndirir, bununla da, prinsipcə, hər hansı dəyişikliyin önünü kəsirlər", - Kasparovun sözləridir.

Buna da bax:​ Kasparov: «Putin İslam Dövlətindən daha təhlükəlidir»- Mətbuat icmalı

Onun yazdığına görə, müxalifətin seçki oyununda iştirakına haqq qazandıran arqumentlər ölkədə mövcud olan siyasi reallığı tam gözardı etməkdən qaynaqlanır.

Rusiyanın ən yeni tarixində ilk dəfədir ki, ilhaq olunmuş ərazidə - Krım və Sevastopolda federal seçkilər keçiriləcək.

Müəllif vurğulayır ki, Putin rejiminin hibrid tipdən tam totalitarizmə keçidi artıq başa çatıb. O, fikrini bununla əsaslandırır ki, totalitar rejimin əsas əlaməti vətəndaşların təkcə hərəkətlərinə deyil, düşüncələrinə də hakimiyyətin nəzarət etməyə çalışmasıdır:

“Totalitarizm Rusiyada reallıqdır”

"Sosial şəbəkələrdə paylaşım və "layklar" (bəyənmələr –red.) kimi "düşüncə cinayətlərinə" görə çıxarılmış hökmlərin statistikası ilə tanış olmaq... totalitarizmin Rusiyada reallıq olduğunu görməyə yetərlidir. Belə şəraitdə seçkilərdən siyasi mübarizə üsulu kimi istifadə isə mahiyyətcə mümkün deyil".

Rusiyaya xarici təzyiq durumu dəyişməyin bəlkə də tək üsuludur.

Garry Kasparov bu seçkilərin beynəlxalq hüquqi önəminə də toxunaraq yazır: "Rusiyanın ən yeni tarixində ilk dəfədir ki, ilhaq olunmuş ərazidə - Krım və Sevastopolda federal seçkilər keçiriləcək. Artıq indidən aydındır ki, Kreml bu seçkilərdən... ilhaqı legitimləşdirmək aləti kimi yararlanacaq. İstər ayrı-ayrı dövlətlərin, istərsə də beynəlxalq qurumların seçki nəticələrini tanımaq barədə hər hansı bəyanatını... Rusiyanın hakim dairələri dolayı yolla Krım və Sevastopolun mənsubiyyətinin tanınması kimi yozacaq. Burada adi məntiq güdülür: Seçkilərin legitimliyinin tanınması onların keçirildiyi bütün ərazidə, o sıradan Krım və Sevastopolda legitimliyinin tanınması deməkdir. Krım və Sevastopolda keçirilmiş seçkilərin legitimliyinin tanınması isə bu ərazilərin Rusiya Federasiyasının bir hissəsi kimi tanınması deməkdir.

Bir neçə müxalifət deputatının Dumaya düşməsi (bu, ancaq hakimiyyətin icazəsi ilə mümkündür) isə vəziyyəti daha da pisləşdirəcək...

Bu üzdən, seçkilərin nəticələrini beynəlxalq ictimaiyyətin tanımaması son dərəcə vacibdir. Belə durumda seçki prosedurana qatılmaq oğurluğun legitimləşdirilməsində iştiraka bərabərdir. Bir neçə müxalifət deputatının Dumaya düşməsi (bu, ancaq hakimiyyətin icazəsi ilə mümkündür) isə vəziyyəti daha da pisləşdirəcək... Kreml... bu "müxalifətdən" beynəlxalq arenada... hakimiyyətin totalitar mahiyyətini ört-basdır edən psevdodemokratiya görüntüsü yaratmaq üçün yararlanacaq".

Buna da bax:​ Putinin yanında dayanmaqdan imtina edənlərin sayı artır

Xarici təzyiq durumu dəyişməyin tək yoludur?

Rusiyaya sanksiyalar tətbiq edərkən Putin-in çoxsaylı lobbiçilərinin güclü müqavimətini qırmaq lazım gəlir

Garry Kasparov-un fikrincə, hakimiyyətin repressiya və yönləndirmələr yoluyla daxili təhlükələri tam yox etdiyi şəraitdə xarici təzyiq durumu dəyişməyin bəlkə də tək üsuludur. Onun sözlərinə görə, burada istər bütövlükdə Rusiyaya, istərsə bir sıra şəxs və qurumlara tətbiq edilən beynəlxalq sanksiyalar mühüm rol oynayır. Kasparov vurğulayır ki, Putin-ə qarşı sanksiyaların qəbulu və davam etməsi Qərbdə həm isteblişment, həm də ictimai fikirlə aparılan planlı işin bəhrəsidir. Bu işi görərkən, Putin-in çoxsaylı lobbiçilərinin güclü müqavimətini qırmaq lazım gəlir:

“Yaxın gələcəkdə Putin rejiminin məhvinə gətirəcək dəqiq alqoritmi formalaşdırmaq xeyli çətindir. Ancaq əvvəlcə bu rejimi möhkəmləndirən davranışlardan imtina etmək zəruridir".

"Kreml çox yaxşı anlayır ki, rejimin ayaqda qalmasını təmin edən həlledici döyüş məhz Qərbdə aparılır. Putin və onun ən yaxın çevrəsi tarixdən ibrət götürüb... Diktator rejimləri xarici siyasi səhnədə ciddi məğlubiyyətə (bunun hərbi məğlubiyyət olması vacib deyil) uğrayanda, bu, rejimin süqutu ilə nəticələnir. Ona görə də mövcud sanksiyaların ləğvi, eləcə də yeni sanksiyaların tətbiq olunmaması üçün həm maddi, həm də siyasi resurslar işə salınıb. Ölkə daxilində demokratik prosedurların imitasiyası xarici siyasi arenada rejimə hörmət qazandırmaq üçündür. Bu xarici siyasi qarşıdurmadan bir damcı da xəbəri olmayanlar "əvəzində biz nəsə edirik" deyə bağıraraq, seçki oyununa qoşulanda Kreml və onun qərbdəki... agentlərinə çox qiymətli hədiyyə bağışlamış olurlar".

“Ancaq əvvəlcə...”

Garry Kasparov fikrini belə tamamlayır: “Yaxın gələcəkdə Putin rejiminin məhvinə gətirəcək dəqiq alqoritmi formalaşdırmaq xeyli çətindir. Ancaq əvvəlcə bu rejimi möhkəmləndirən davranışlardan imtina etmək zəruridir".

Günün bütün mövzuları

XS
SM
MD
LG