Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Xaricdəki azərbaycanılardan investisiya gözləntisi


Heydər Əliyev mərkəzi

Heydər Əliyev mərkəzi

Azərbaycan xaricdəki azərbaycanlı iş adamlarının ölkəyə yatırım qoymasını istəyir.

Bu məsələ Dünya Azərbaycanlı İş Adamlarının oktyabrın 28-də Bakıda keçiriləcək forumunda müzakirə ediləcək.

Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi xəbər verir.

Komitə bildirir ki, forumda xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymasına stimul verən amillər araşdırılacaq.

Tədbirin ölkə başçısının Dünya Azərbaycanlılarının 4-cü qurultayında ifadə etdiyi tövsiyyəsi əsasında keçirildiyi bildirilir.

Buna da bax: V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

Forumda xaricdəki azərbaycanlı iş adamlarının milli maraqların qorunması, Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması da müzakirə ediləcək.

Tədbirə 300-ə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulur.

Forumda Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması təşəbbüsü də müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG