Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:42

155 manatla dolanmağın mübahisəsi


İstehlak səbəti
İstehlak səbəti

Yaşayış minimumun gerçək dəyəri nə qədirdir?! İqtisadi Tədqiqatlar Mərkəzinin hesablaması hökumətinkindən fərqlidir.

Hazırda Azərbaycanda rəsmi yaşayış minimumu 136 manatdır.

2017-ci il yanvarın 1-dən bu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhaliyə görə 164,5 manat, pensiyaçılara 130,2 manat, uşaqlardan ötrü isə 136,6 manat məbləğində müəyyən edilməlidir.

Buna da bax:​ Azərbaycan səhiyyəsi: Hər 5 işçidən 4-ü 200 manatdan az maaş alır

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) isə Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi" nə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minimumunun dəyərini hesablayıb.

İTM ekspertlərindən Qubad İbadoğlu yazır ki, bu ilin oktyabrına olan qiymətlər əsasında apardığı alternativ hesablamalara görə, yaşayış minimumun dəyəri əmək qabiliyyətli əhaliyə 253,4 manat olmalıdır. Bu rəqəm pensiyaçılara 199,9 manat, uşaqlardan ötrü də 259,9 manat müəyyən edilməlidir.

Buna da bax: Manatla gəlir artıb, dollarla yox

“Göründüyü kimi, ötən aya olan yaşayış minimumun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən - əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat (35,1 faiz) , pensiyaçılar qrupu üzrə 69,7 manat (34,9 faiz), uşaqlar üçün 123,3 manat (47,5 faiz) çoxdur”, - deyə ekspert qeyd edir.

Fərq uşaqlarda 2 dəfəyə yaxındır

Hesablamalar arasında daha böyük- 2 dəfəyə yaxın fərq uşaqların yaşayış minimumun dəyərində qeydə alınıb. Q.İbadoğlu bunun başlıca səbəbini Azərbaycanda uşaqların qida və geyim məhsullarının baha olması ilə izah edir.

Buna da bax: Əhalinin cəmi 5 faizində “yoxsulluğun buynuzu” varsa...

O, əlavə edir ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhalinin yaşayış minimumunun dəyərində payı 58 faiz, pensiyaçılarda 67 faiz, uşaqlarda isə 61 faiz təşkil edib: “Göründüyü kimi, ərzaq xərcləri pensiyaçıların yaşayış minimumun dəyərində daha çox paya malikdir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG