Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

Noyabrın 15-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.

Teatrdan AzadlıqRadiosu-na verilən xəbərə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq.

Xatirə gecəsinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

Buna da bax:​ Yaşar Nuri: ««Şöhrət» ordeni gəzdirən adam gərək bir az şöhrətli olsun»

Mərasimdə Yaşar Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, xatirələr söylənəcək.

Gecədə Yaşar Nurinin sevdiyi mahnılar səslənəcək.

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında Akademik Milli Dram Teatrında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb.

Buna da bax: «Yaşar Nurini amansız xəstəliyin pəncəsinə atan bu idi ki, o, içirdi...»

1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Yaşar Nuri Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatları və təltiflərə layiq görülüb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakıda vəfat edib.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG