Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:29

Yasamalda 42 nəfər saxlanıb


Foto arxiv
Foto arxiv

Daxili İşlər Nazirliyi ötən gecə Yasamal rayonunda qanunsuz dini yığıncaq keçirən 42 nəfərin saxlanması barədə məlumat yayıb.

Məlumata görə, onlar həmin vaxt Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində qanunsuz yığıncaq keçirilirmişlər.

Əməliyyatı Yasamal rayon prokurorluğu, MTN və DİN- Yasamal rayon polis bölməsinin əməkdaşları keçiriblər.

Çay evinin zirzəmisində 2-si azyaşlı olmaqla, 42 nəfər saxlanılıb.

Əməliyyat zamanı həmçinin dini nifrət və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.

Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov qanunsuz yığıncağın təşkilatçıları kimi şübhəli şəxs qismində saxlanıblar.

Onların barəsində dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə maddəsi ilə cinayət işi açılıb.

Digər iştirakçılar barədə inzibati qaydada protokol tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG