Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Noyabrın 18-də Avropa Şurası Parlament Assambleyasının baş katibi Turbörn Yaqland REAL Hərəkatının lideri İlqar Məmmədovun işi lə bağlı Azərbaycan Ali Məhkəməsinin qərarı ilə əlaqədar bəyanatla çıxış edib.

“Bu gün Azərbaycan Ali Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasının hüquqi öhdəliyini təmin etməyib. Bu qərar Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına qarşı hörmətsizliyidir. Qərar bizim əməkdaşlığa kobud şəkildə xələl gətirir”, bəyanatda bildirilir.

Buna da bax:​ Azərbaycan hökumətinin şərtləri var

O, İ.Məmmədovun məhkəmə işinin yalnız Azərbaycanın işi olmadığını vurğulayıb.

“Bu iş Avropa Şurasına üzv olan 47 dövləti əhatə edir. Onlar Konvensiyanın icrasına kollektiv məsuliyyət daşıyırlar. Odur ki, məsələ Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclasına çıxarılacaq”, T.Yaqlandın bəyanatında deyilir.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İ.Məmmədov 7, T.Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Buna da bax: İlqar Məmmədov buraxılmadı

Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T.Yaqublunun şikayətini də təmin edib. Bu ilin martında T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Buna da bax:​ BMT məruzəçisi İlqar Məmmədovla görüşüb

Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxlayıb. Bu gün, noyabrın 18-də isə Azərbaycan Ali Məhkəməsi Şəki Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətini qəbul etməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG