Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:46

►“Yağışlar zamanı Bakı küçələrinin bərbad vəziyyətə düşməsinə başlıca səbəb aidiyyəti qurumların məsuliyyətsizliyidir”.

Bu fikir Sürücülərin Maariflənməsinə Yardım Birliyinin martın 31-də keçirdiyi mətbuat konfransında səslənib.

Report-un xəbərinə görə, birliyin sədri Fazil Məmmədov deyib ki, yağışlar zamanı arzuolunmaz durumun yaranması gündəmin əsas mövzusu olmalıdır.

Birlik sədri qeyd edib ki, yaranmış vəziyyətin başlıca səbəblərindən biri təmir-tikinti sahəsində vahid orqanın mövcud olmamasıdır:

“Yolların tez-tez təmir edilməsinə baxmayaraq, yağış, qar yağan kimi yollar bərbad vəziyyətə düşür, hərəkət tam iflic olur. Yolların yağış yağan zaman bərbad vəziyyətə düşməsinin başlıca səbəblərindən biri də təmir-tikinti sahəsində vahid orqanın mövcud olmamasıdır. Yolların təmirində istənilən orqan qazıntı aparıb istədiyi işi görə bilir. Amma qanunla yollarda təmir işlərini yalnız bir qurum həyata keçirə bilər”

F.Məmmədovqeyd deyib ki, bir gün Nəqliyyat nazirliyi yeni yolu istifadəyə verir. Ertəsi gün başqa bir qurum həmin yolu qazıb xətlər çəkir.

Ekspertə görə, belə plansız çalışmaların nəticəsində yollarda çökəkliklər əmələ gəlir, kanalizasiya qapaqları sınır. Nəticədə paytaxt böyük fəsadlar yaradan problemlərlə üzləşir.

Ötən əsrin 80-ci illərindən də aşağı...

Azərbaycanda yollarda təmir-tikinti işlərinin keyfiyyətinin gündən-günə gerilədiyini bildirən F.Məmmədov əlavə edib ki, indi işlər 1980-ci illərdə olduğundan qat-qat aşağı səviyyədə görülür:

“Yollarin eni, uzunluğu və digər parametrləri heç o dövrün keyfiyyət standartlarına cavab vermir. Bu isə həm də yollarda tez-tez qəzaların baş verməsinə, avtomobillərin bərbad duruma gəlməsinə yol açır. Hər hansı bir sürücü bununla bağlı şikayətçi olub, məhkəməyə müraciət etdikdə isə günahkar Nəqliyyat Nazirliyi və ya digər bu məsələdə məsuliyyətli qurum deyil, onun özü olur. Nəqliyyatla bağlı qanunvericiliyə əsasən, bu kimi ekstremal günlərdə yol polisi yollara daha ciddi nəzarət etməlidir".

Məsul idarələr dəvəti qəbul etməyib...

Nəqliyyat Nazirliyi, “Azəravtoyol” ASC və digər aidiyyəti qurumlar mətbuat konfransına dəvətli olsalar da müzakirələrə qatılmayıblar.

Sonuncu dəfə- martın 29-da yağan yağışlar paytaxtın əksər küçələrini gölməçələrə çevirib, piyada və nəqliyyatın hərəkətini çətinləşdirmişdi. Bayıl, “Çermet” qəsəbəsi, Ziya Bünyadov prospekti, Sabunçu, Binəqədi, Yasamal rayonlarında, Xırdalanda vəziyyət daha pis olmuşdu.

“Azərsu” kanalizasiyalarda problem olmadığını, küçələri su basmasının yol çəkilişi zamanı süzgəclərin quraşdırılmamasından irəli gəldiyini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG