Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:03

Bir həftə bundan əvvəl Yaponiyanın Hokkaydo adasında itkin düşən 7 yaşlı Yamato Tanuka sağ-salamat tapılıb.

Bir həftə bundan əvvəl Yaponiyanın Hokkaydo adasında itkin düşən 7 yaşlı Yamato Tanuka sağ-salamat tapılıb.

Yamato Yaponiyanın Özünümüdafiə Qüvvələrinin əsgərləri tərəfindən hərbiyyənin Kamaqatame hərbi poliqonunun ərazisində aşkar edilib.

Hokkaydo polisi bildirir ki, uşaqda heç bir xəsarət əlaməti yoxdur.

Yaponiya mətbuatı yazır ki, qalın meşəlikdə altı gün axtarıldıqdan sonra Yamato Tanukanın tapılmasına bütün ümidlər azalmışdı və onun axtarışlarının intensivliyi bu gün məhdudlaşdırılmalıydı.

Nanaye şəhərindəki yanğınsöndürmə idarəsinin sözçüsü deyib ki, uşağın axtarışında hərbçilər də daxil 200 nəfərlik xilasedici dəstəsi iştirak edirdi.

Hakimiyyət orqanları bildiriblər ki, uşaq tapılanda axtarış qrupunun sayı və axtarışın miqyası artıq azaldılmışdı.

"Cəza"

Yamato Tanuka ötən şənbə günü meşədən keçən yolun kənarından yoxa çıxmışdı.

Valideynləri uşağı, yoldan ötən maşınlara daş atdığına görə cəzalandırmaq məqsədilə onu qısa müddətdə meşədə tək buraxmış, lakin qayıdıb gələndə Yamatonu tapmamışdılar.

Hakimiyyət orqanları bildiriblər ki, uşağın atası əvvəlcə onun tərəvəz yığmaq üçün getdiyini söyləsə də, sonradan həqiqəti açmışdı.

Hələlik bu 6 gün ərzində uşağın meşədə nə etdiyi və necə salamat qaldığı barədə məlumat verilməyib.

Yaponiya mətbuatı yazır ki, Tanukanın oxuduğu Hokuto şəhər ibtidai məktəbi onun salamatlığı üçün dua edirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG