Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:51

YAP 70-dən çox deputat mandatına ümid edir...


Parliament Election, 1 November, 2015
Parliament Election, 1 November, 2015



APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası seçkiyə 117 namizədlə qatılsa da, sonradan 2 nəfər namizədliyini geri görüb:

“Biz hesab edirik ki, Yeni Azərbaycan Partiyasının seçkidə böyük nəticə ilə qələbə qazanmaq şansı çoxdur. Biz 2010-cu ildəki seçkilərdə 71 yer əldə etmişdik. Güman edirəm ki, bu il də o qədər yer əldə edə bilərik. Bunun üçün əsaslar var. Çünki partiyamızın sədri cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edib. Azərbaycan xalqının sosial rifahı gündən-günə artır. Bu da onu göstərir ki, xalqın bizim partiyaya etimadı güclüdür”.

Ə. Əhmədovbildirib ki, YAP yenə də parlamentdə ən çox yerə sahib olan partiya mövqeyini qoruyacaq.

Əli Əhmədov düşünür ki, sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər “ciddi araşdırılacaq”. Əli Əhmədov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası bu faktları araşdırmalı, həqiqətən burda pozuntu aşkar edilərsə, ölçü götürməlidir:

“Onu da deyə bilərəm ki, bu, rəqiblərimizin bizə qarşı düzəltdiyi görüntülər də ola bilər. Çünki Azərbaycanda "Exit-poll"un ilkin nəticələrinə və öz müşahidəçilərimizin də bizə verdiyi məlumatlara görə, seçki olduqca şəffaf keçib, ciddi pozuntu qeydə alınmayıb. Hətta sosial şəbəkələrdə təqdim olunan görüntülərin özü də elə böyük miqyasda pozuntular deyil. Bütün hallarda belə faktlar varsa, araşdırılıb ölçü götürülməlidir”.

Sosial şəbəkələrdə seçki qutularına topa bülletenlərin atılması, bir qrup eyni adamın bir neçə məntəqədə səs verməsi və s. qanun pozuntuları ilə bağlı videogörüntülər yayılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG