Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:21

Nə yanğın söndürülüb, nə də...


"Hələ ki, həm "Günəşli" yatağında, həm də "Neft Daşları"nda baş verən qəza zamanı itkin düşən neftçilərin axtarışları heç bir nəticə verməyib".

AzadlıqRadiosu xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib.

Balamirzə Ağarəhimov deyib ki, vertolyotlar axtarışı davam etdirirlər. Yanğının söndürülməsi ilə bağlı da yenilik yoxdur. Hazırda 5 gəmi yanğının söndürülməsi ilə məşğuldur.

Yanğının məhz o platformada baş verməsinə gəlincə isə baş mühəndis deyib ki, qasırğa və külək platformaya təsir etməyib: "O platformaya gələn borulardan birinə təsir edib. Boru yüksək dalğaların zərbəsinə davam gətirməyərək deformasiyaya uğrayan zaman yaranan qığılcımdan alışma baş verib. Bu da yanğına səbəb olub".

Sosial şəbəkələrdə faciə baş verən gün xilasetmə qayığından çəkilən fotoda neftçilərin əynində xilasedici gödəkçələrin olmaması məsələsinə gəlincə isə B. Ağarəhimov bildirib ki, özüldə, platformada işləyən hər bir kəs bilir ki, xilasetmə vasitəsi özünün təhlükəsizliyi üçün vacibdir. Hətta o olmayanda bunu tələb edirlər.

O həmçinin qeyd edib ki, sabah SOCAR ilə ABŞ-ın “BOOT and COOTS” şirkəti ilə görüş keçiriləcək: "Xarici mütəxəssislərlə yanğının söndürülməsi ilə bağlı müzakirələr aparılacaq. Onlar bizdən platformanın və avadanlıqların sxemini istəyiblər. Müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq, qərar veriləcək ki yanğın nə zaman söndürüləcək".

XS
SM
MD
LG