Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:55

-
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayıb.

O bildirib ki, "Günəşli" yatağında baş verən qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir:

"Təəssüf ki, bu gün üçün heç bir nəticə hasil olmayıb. Hava proqnozlara görə hava şəraiti sabahdan kəskinləşəcək. Küləyin sürətindən asılı olaraq, təbii şərait imkan verdiyi dərəcədə axtarışlar davam edəcək. Biz ümidimizi üzmürük. İtkin düşən sonuncu neftçi tapılana kimi axtarışlar davam edəcək. Yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir. Özüldə işığın və rabitənin bərpası üçün də müəyyən işlər görülür. Biz "Neft Daşları"nda itkin düşən insanların da axtarışını davam etdiririk."

Buna da bax: Araq və siqaret kartla satılacaq

Təhlükəlik tədbirləri həmişə görülür. Bundan sonra da bu səpkidə işlər davam etdiriləcək. Təhlükəsizlik baxımından görüləcək əsas tədbirlər texniki işlərlə bağlı olacaq. Əməyin təhlükəsizliyi ilə bağlı orada problemli məsələ olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG