Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

►Ekspertlər bu fikirdədir

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) reytinqini neqativə endirib. Şirkətin uzunmüddətli kredit reytinqi isə "BB+" səviyyəsində təsdiqlənib.

İqtisadçı ekspert Samir Əliyev deyir ki, Azərbaycanın suveren reytinqinin dəyişməməsi neft şirkətinin reytinqinin kəskin pisləşməsinə imkan verməyib: “Dövlətin şirkətə dəstəyi onun mövqeyini qoruya bilib. Agentlik hesab edir ki, gələcəkdə ölkənin reytinqinin pisləşməsi neft şirkətinə də mənfi təsir edə bilər”.

“Yaxın 1-2 ildə yaxşı heç nə gözlənmir”

Samir Əliyev

Samir Əliyev

Ekspert əlavə edir ki, agentlik neftin aşağı qiymətlərini gözə alaraq, yaxın 1-2 ildə reytinqin yaxşılaşacağını gözləmir:

“ARDNŞ-nin dövlət dəstəyi olmadan investisiya xərclərini artırması planı da onun reytinqinə mənfi təsir göstərə bilər. Ancaq neft bahalaşsa, reytinqin yüksəlməsi mümkündür. Bütün bunlar şirkətin buraxdığı avrobondların illik faizlərində əksini tapacaq və onun artmasını şərtləndirəcək. Reytinqin pisləşməsi kredit cəlbi imkanlarını da məhdudlaşdıracaq”.

ARDNŞ indiyədək ümumi məbləği 2.25 milyard dollarlıq olmaqla, 3 dəfə avrobond yerləşdirib. 2012-ci ildə 5,45% dərəcə ilə 500 milyon dollar, 2013-cü ildə 4,75% dərəcə ilə 1 milyard dollar, 2014-cü ildə 6,95% dərəcə ilə 750 milyon dollar həcmində.

Buna da bax: Rus əsgərinin hərəkəti Türkiyəni qəzəbləndirdi

“Günəşli”də baş verən qəza reytinqi azaldacaq”

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, son qəza ARDNŞ-in investisiya reytinqini aşağı salacaq: ""Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza şirkətin beynəlxalq reytinqinə təsirsiz ötüşməyəcək. ARDNŞ-nin reytinqinin pisləşməsi onun kredit cəlbetmə imkanlarını da azaldacaq, maliyyə durumuna və investisiya öhdəliklərinə mənfi təsir göstərəcək".

Günün bütün mövzuları

XS
SM
MD
LG