Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:59

Pensiyaçı zabit prezident administrasiyasının qarşısında özünü yandırıb


Özünüyandırma (arxiv fotosu)
Özünüyandırma (arxiv fotosu)

Birinci qrup Qarabağ əlili, Daxili İşlər Nazirliyinin pensiyaçı zabiti Məğrur Bədəlsoy sentyabrın 19-da Prezident Administrasiyasının qarşısında özünü yandırıb.

Bu haqda Qazilər.az saytına onun özü xəbər verib.

M.Bədəlsoyun açıqlamasına görə, ona Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları müdaxilə ediblər.

Birinci qrup Qarabağ əlili, Daxili İşlər Nazirliyinin keçmiş zabiti Məğrur Bədəlsoy sentyabrın 19-da Prezident Administrasiyasının qarşısında özünü yandırıb.

“Gəlib yanğını söndürdülər. Ancaq təcili yardım çağırmaq əvəzinə məni 9-cu polis bölməsinə apardılar. Orada 1 saat saxladıqdan sonra təcili yardım gəldi və 5 nömrəli yanıq xəstəxanasına apardılar”, Məğrub Bədəlsoy bildirib.

Qarabağ əlilinin deməsinə görə, növbətçi həkim onun xəstəxanaya yerləşdirilməli olduğunu desə də, polis əməkdaşları buna imkan verməyiblər.

Buna da bax:​ Bərdədə özünü yandıran Qarabağ əlili: «Azərbaycanda mənim üçün yaşamaq artıqdır»

“Polislərin təzyiqindən sonra dedi ki, xəstəxanaya yerləşdirilməyimə icazə yoxdur”, deyən Qarabağ əlili onu müayinə etmiş həkimin cəzalanmasını istəyib.

"Gəlib yanğını söndürdülər. Ancaq təcili yardım çağırmaq əvəzinə məni 9-cu polis bölməsinə apardılar".

M.Bədəlsoyun sözlərinə görə, onu yenidən 9-cu polis bölməsinə aparıb, orda 3 saat saxlayıblar. Ardınca Qarabağ əlili sərbəst buraxılıb.

M.Bədəlsoy özünü yandırmasını Sabunçu rayon İcra Hakimiyyətinin ona qarşı davranışları ilə izah edib.

“1991-ci ildən istifadəmdə olan Nardarandakı 923 saylı bağ sahəsində ev tikmək istəyirəm. Sabunçu rayon İcra hakimiyyəti buna görə məndən rüşvət istəyib. Ala bilməyəndə icra başçısının qohumlarından ibarət qoçu dəstəsi 3 maşın betonumu, daşımı, sementimi - toplam 5 minlik mal-materialımı məhv edib, hörgünü uçurub. Bunlar həmin gün bağda olan Qarabağ qazisi Xaliq Abbaszadənin və sözügedən icra hakimiyyətinin təsərrüfat müdirinin gözü qarşısında baş verib”, Qarabağ əlili bildirib.

"Nardarandakı 923 saylı bağ sahəsində ev tikmək istəyirəm. Sabunçu rayon İcra hakimiyyəti buna görə məndən rüşvət istəyib".

Sentyabrın 5-də Qarabağ əlili Sabunçu rayon İcra hakimiyyətində 1-ci müavin Güloğlan Məmmədovun qəbuluna gedib. Deməsinə görə orda polislə hədələnib. M.Bədəlsoy bundan sonra Prezident Adminstrasiyasının qarşısında özünə od vurmaqdan başqa çarə görmədiyini deyir.

Buna da bax:​ Vətəndaş hansı səbəbdən özünü yandırır... [kiçik araşdırma]

Qarabağ əlilinin bildirdiklərinə, hələlik, nə daxili İşlər Nazirliyindən, nə Sabunçu rayon İcra Hakimiyyətindən, nə də 5 nömrəli yanıq xəstəxanasından münasibət öyrənmək mümkün olub.

Ancaq bu il sentyabrın 6-da Qarabağ əlili Sabunçu rayon İcra Hakimiyyətinin elektron poçtundan e-mailimə cavab alıb.

Həmin cavabda qeyd edilib ki, “qanunvericiliyin tələbinə əsasən torpağa çıxarış olmadığından bağda ev tikilməyə icazə verilmir”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG