Bakıdakı iki binada yanğın olub, binalardan birində yanğından sonra partlayış baş verib.
Noyabrın 24-də axşam saatlarında Abşeron rayonunun Xırdalan şəhərində onbirmərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri yanıb. Yanğınsöndürənlər yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfəri çıxarıb. Onlardan 7 nəfəri azyaşlı uşaq olub.
Yanğın saat 23:18-də söndürülüb.
Noyabrın 24-də Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində də yanğın olub. İki otaqlı mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib.
Partlayış nəticəsində hamamın arakəsmə divarı, mənzilin pəncərə çərçivələri və 3-cü mərtəbədə digər şəxsə məxsus 2 otaqlı mənzilin otağının, mətbəxinin və eyvanının pəncərə çərçivələri dağılıb. Yanğın saat 22:15- söndürülüb.
Hər iki xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
Səndə də maraqlı foto və video varsa AzadlıqRadiosunun Mobil Reportyor bölümünə göndər.
Çəkdiklərini MobilReportyor-a belə çatdır:
- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.
- WhatsApp nömrəmiz:
(+420) 778 711 700
Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com