Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:07

Gürcüstan "separatçı" taksi şirkətinin işini araşdırır


Yandex Taxi
Yandex Taxi

«Hansısa şirkət Gürcüstan qanunvericiliyini pozursa, uyğun orqanlar bunu araşdırmalıdır». Bunu Gürcüstanın xarici işlər naziri Mikhail Janelidze ötən həftə deyib. O, Tbilisidə fəaliyyətə başlayan Rusiyanın «Yandex Taxi» şirkətinin Gürcüstanın «İşğal olunmuş ərazilər haqqında» qanununu pozması barədə sualları cavablandırıb.

Nazir deyib ki, «Gürcüstanda biznes gürcü qanunvericiliyinə uyğun işləyən bütün şirkətlərə, o cümlədən Rusiya kompaniyalarına açıqdır. Amma qanun pozuntusu faktları varsa, araşdırılmalıdır».

«Yandex Taxi» avqustun 23-dən Tbilisidə işləməyə başlayıb. Onlayn taksi xidməti göstərən bu şirkətə Tbilisidəki 11 taksi parkından 200 maşın qoşulub.

Narazılıqsa ondan ibarətdir ki, «Yandex»in xəritələrində separatçı Abxaziya və Cənubi Osetiya müstəqil dövlətlər kimi göstərilib. Bu da «İşğal olunmuş ərazilər haqqında» qanuna ziddir. Artıq «Facebook» istifadəçiləri bu xidmətdən imtinaya çağırır, «Yandex Taxi»ni «işğal servizi» adlandırmağa başlayıblar. İnternetdə #SayNoToYandexTaxi («Yandex Taxi»yə yox deyək) həştəqi ilə kampaniya da başladılıb.

«Yandex» isə bildirib ki, hər bir ölkədə yerli qanunvericiliyə uyğun işləyirlər. «Taksi «Yandex»in Gürcüstanda ilk və yeganə xidmətidir, tamamilə bu ölkəyə lokallaşdırılıb. Saytın interfeysi, əlavələri, taksometrlər yalnız gürcü dilindədir, servizdəki xəritələr isə Gürcüstanın dövlət sərhədləriylə bağlı rəsmi mövqeyinə uyğundur», - bəyanatda deyilir.

Gürcü rəsmiləri «Yandex Taxi» xidmətinin işini araşdırdıqlarını bildirirlər.

XS
SM
MD
LG