Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:04

Yanan bina sakinləri məhkəməyə gəlmirlər


Məhkəməyə çağırılsalar da, getmirlər. Söhbət ötən ilin aprelində Xətai rayonunda 9-mərtəbəli yaşayış binasındakı yanğından ziyan çəkən sakinlərdən gedir.

İŞDİR, GƏLMƏSƏLƏR...

Bu yanğın Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılır.

Avqustun 2-dəki məhkəmə iclasında hakim bildirib ki, zərərçəkmişlərin bir qismi telefonla da məhkəməyə çağrılıb, məktubla da. Üstəlik, gəlməsələr, məcburi gətiriləcəklərinə dair xəbərdarlıq da edilib, amma... Amma onlar məhkəməyə gəlməkdən yenə imtina edirlər.

VƏKİLLƏRİN TƏLƏBİ YERƏ DÜŞMƏDİ

Prokuror zərərçəkənlərin bir daha məhkəməyə çağırılması təklifini irəli sürüb və deyib ki, bundan sonra da gəlməsələr, məcburi gətirilmə qərarı çıxarılsın.

Amma vəkillər elə indidən məcburi gətirilmə qərarının çıxarılmasını istəyiblər.

Beləcə, məhkəmə məcburi gətirilmə qərarına gəlib. Artıq zərərçəkənlərin yaşayış yerinə polis göndəriləcək.

Buna da bax - Xətai yanğını: Zərərçəkmişlər məhkəməyə niyə gəlmir?

TƏQSİRLƏNDİRİLƏNLƏR İTTİHAMLA RAZILAŞMIRLAR

Sözügedən yanğınla bağlı 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, «Astoriya» MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

ATA ÖLÜB, OĞUL CAVAB VERƏCƏK?

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

XS
SM
MD
LG