Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Yağışı öncədən xəbərləyən çətir hazırlanıb


Oombrella
Oombrella

-

Yağışın yağacağını öncədən «hiss edən» çətir hazırlanıb.

«Oombrella» adlanan çətir yağışın yağacağından 15 dəqiqə öncə «xəbər tutur». Buna çətirin üzərindəki sensorların havadakı nəmi, istilik dərəcəsini, təzyiqi və s.-i ölçməsi imkan verir. Daha sonra çətir xüsusi proqramla bu xəbərdarlığı istifadəçinin smartfonuna göndərir.

Belə çətirləri itirəndə də asanlıqla tapmaq mümkündür. Smartfonla bağlantı bu imkanı da yaradır.

«Oombrella» 59 avro qiymətlə ilkin satışa çıxarılıb.

XS
SM
MD
LG