Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

Yağış sanki Binəqədiyə yox, Afrikaya yağıb

Yeni Müsavat” qəzeti yazır ki, Bakıdakı bu «göllər» və «çaylar» hər dəfə yağış yağandan sonra yaranır, sonra növbəti yağışa qədər yoxa çıxır. Söhbət hər kəsin anladığı kimi, kanalizasiya sistemlərinin bərbad olması nəticəsində yaranan su gölməçələrindən gedir.

Buna da bax:​ Sabunçu Venesiyaya döndü

Qəzet yazır ki, xüsusilə Sabunçu və Binəqədi rayonlarında bu problem illərdir həll edilmir: “Hər iki rayona dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılıb. Nəticədə isə dəyişən bir şey yoxdur. Bir az yağış yağan kimi evlərin zirzəmiləri su ilə dolur. Küçələr keçilməz hala düşür. Hadisənin üzərindən 4 gün keçib. İcra hakimiyyətləri nə tədbir görüblər? Məsələn, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytında yağışın fəsadları ilə bağlı bir cümlə də yazılmayıb. Sanki bu yağışlar Binəqədiyə yox, Afrikaya yağıb. Afrikanın küçələrini su basıb, camaat su içində qalıb. BRİH-nin rəsmi saytında həmin tarixlərdə ancaq YAP-ın təşkil etdiyi tədbirlər haqqında xəbərlər yazılıb”.

Kənd təsərrüfatında “ağ qızıl” dövrü başlayır

Azərbaycan” qəzeti yazır ki, keçən əsrin 70-ci illərində Azərbaycanda həyat bulaq kimi çağlayırdı: “Lakin sonralar M.Qorbaçov kimi bədxahlar həmin illərə “durğunluq illəri” damğası vurdular. Halbuki Azərbaycan həmin illəri bütün sahələrdə, həmçinin pambıqçılıqda böyük nailiyyətlərlə yola salırdı”.

Qəzet yazır ki, pambıqçılıqla bağlı uğurlar Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevin siyasi iradəsi ilə həyata keçirilirdi: “Ulu öndər kənd təsərrüfatının, onun aparıcı sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar tez-tez rayonlara gedir, zona müşavirələri keçirirdi. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə xam pambıq istehsalı 1 milyon tona çatdırıldı. Ölkəmiz iqtisadi geriliyin daşını ataraq SSRİ respublikaları arasında ön sıraya keçdi. Bunlar keçici qırmızı bayraqlar, xalqın xoş güzəranı demək idi”.

Buna da bax:​ 'Qara qızıl' öldü, yaşasın 'ağ qızıl'!

Qəzet yazır ki, indi neftin dəyərinin aşağı düşməsi nəticəsində prezident İlham Əliyev pambıqçılığın yenidən inkişaf üçün tapşırıqlar verib. Bununla da ölkənin iqtisadiyyatında yeni bor dövr başlayır.

Şəhər və rayonların yerli xərcləri 4-5 dəfə ixtisar olunub

Bizim Yol” qəzeti yazır ki, gələn ilin büdcəsindən ən çox Bakıya, ən az Xocalıya pul ayrılıb.

“2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 642,4 milyon manat proqnozlaşdırılıb. Gələn il yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır. Gələn ildən 33 rayon xərclərini öz gəlirləri hesabına təmin edəcək. 2017-ci ilin dövlət büdcəsində ümumilikdə 66 şəhər və rayonun yerli xərcləri əhəmiyyətli şəkildə azaldılıb. Maliyyə Nazirliyindən xərclərin azaldılmasının əsas səbəbi kimi təhsil (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri istisna olmaqla) və mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahəsində fəaliyyət xərclərinin yerli xərclərdən çıxarılaraq mərkəzləşdirilmiş xərclərə aid edilməsi göstərilir. Burada ehtiyat fondlarını da nəzərdən qaçırmayaq, hər il bölgələrə, elə Bakı şəhərinin özünə infrastrukturun yenilənməsi ilə bağlı ehtiyat fondlarından külli miqdarda vəsaitlər ayrılır”.

Buna da bax: Bakıya yağan güclü leysandan sonra balıq ovu

Günün bütün mövzuları

XS
SM
MD
LG