Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:38

Bakı - su bakı [Video]


Bakı on dəqiqəlik yağışdan sonra...
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Bakı on dəqiqəlik yağışdan sonra...

►​"Pullar buraxılır və itir, yeyilir, ortada iş, nəticə yoxdur."

Səhər saatlarıdır, Kərim dayı ayaqyalın, yağış sularına görə görünməz-keçilməz olmuş küçədə kanalizasiyanın qapağını axtarır...

Bura mərkəzdən kənar da deyil, Nərimanov rayonu Nazim Hacıyev küçəsidir.

Günü-gündən çoxalan göydələnlər, yeni parklar, yollar, bir sözlə müasirləşən Bakı sanki bir yağışa bənddir. Onca dəqiqə aramsız yağdımı, paytaxt küçələrindən axıb-daşan sular ən azı bir neçə saatlıq şəhəri iflic edir.

Əksər küçələri camaat ətəyi əlində zığa-palçığa bata-bata keçir. Seldən-sudan keçə bilməyən maşınlar, yaranan tıxac da öz yerində.

Buna da bax: Yağışa görə küçədə gecələyirlər

“HƏR İL VƏZİYYƏT EYNİDİR”

Oktyabrın 5-dən 6-a keçən gecə Bakıda yağan güclü yağış illərdir öz həllini tapmayan kanalizasiya problemini bir daha gündəmə gətirdi.

Müxtəlif ünvanlarda yaşayan paytaxt sakinlərinin elə gecə və sübh tezdən çəkib AzadlıqRadiosuna yolladıqları fotolar, videolar göstərdi ki, məsələnin həllində nəinki irəliləyiş yoxdur, bərbad vəziyyət getdikcə mərkəzi küçələri də əhatə edir.

Həmin ünvanlardan biri – Nərimanov metrosu yaxınlığındakı küçələrdən birində sakinlər artıq belə bir mənzərəyə alışdıqlarını deyirlər. 57 ildir ki, bu ərazidə yaşayan 80 yaşlı Əzizə nənə buralarda vaxtilə yağış kanalizasiyasının olduğunu və illərdir ki, təmizlənmədiyinə görə hər yağışdan sonra suların bu küçəni keçilməz etdiyindən danışır:

“Hər il vəziyyət belədir. Buraların yiyəsi yoxdur. Hər dəfə də sakinlərin özləri açıb suyu axıdırlar, öz ciblərindən pul qoyurlar. Bax, indi bu düz yolu getmək üçün gedib o başdan keçməliyəm”.

Əgər dövlət qurumları o pulları ala-ala özləri də etiraf edirlərsə ki, vəziyət bərbaddır, onda onların hamısını məhkəməyə vermək lazımdır.

Nəbi Süleymanov deyir ki, cavabdeh dövlət qurumlarını ara-sıra bu ərazidə görürlər, amma vaxtında lazımi tədbir görərkən yox, yalnız yağış yağandan sonra gəlib suyu çəkərkən:

“Bir balaca yağış yağdımı, burda vəziyyət belədir. Hər dəfə eyni problem yaranır. Görürsüz də vəziyyət necədir, hərə bir yandan gedib keçir bu yolu”.

Başqa bir paytaxt sakini Svetlana Viçikova:

“Buranı vaxtlı-vaxtında təmizləmək kommunal xidmət göstərənlərin borcudur. Lazımi tədbirləri heç kəs görmür. Mövsüm artıq başlayıb, ona görə də vaxtında tədbirlər görmək lazım idi”.

Buna da bax: “Biləndə ki məni Suriyaya döyüşməyə aparırlar…”

“HANI O MİLYONLAR? PULLAR BURAXILIR VƏ İTİR”

Mütəxəssislərin dediyinə görə, paytaxtın kanalizasiya xətlərinin sugötürmə qabiliyyəti 1960-70-ci illərin yaşayış evlərinin sayına uyğun hesablandığından, sonradan tikilən evlər kanalizasiya sistemi üçün problemə səbəb olub.

Məsələn, sugötürmə qabiliyyəti saniyədə 1 ton olan kəmərlərə indi saniyədə 3 ton su axır.

Bakıdakı yağış videolarda
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Amma o da var ki, son illər Bakıda kanalizasiya xətlərinin bərpasına, yeni xətlərin tikilməsinə də az vəsait ayrılmayıb.

Elə baş nazirin müavini Abid Şərifov mətbuata müsahibələrinin birində deyib ki, son illər ölkənin su və kanalizasiya təsərrüfatının inkişafına 10 milyard manatdan çox vəsait xərclənib.

Büdcə sənədlərinə nəzər salanda, orada yağış xətlərinin tikintisinə ayrıca vəsaitlərin də sərf olunduğunu görmək olur.

Bundan başqa hazırki kommunikasiya sistemlərinin ağzı tutulub. Sellofan torbalar, plastik qablar, kimin əlinə nə gəldi ora atır.

Ekspertlər problemin bugünədək həll olunmamasının bir səbəbini də məhz bu vəsaitlərin təyinatı üzrə xərclənməməsində görürlər. Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, vəsaiti ayırmaqla iş bitməməlidir, həm də onların xərclənməsinə dövlət nəzarəti olmalıdır:

“Pullar buraxılır və itir, yeyilir, ortada iş, nəticə yoxdur. Ona görə də vəziyyət belədir. Əgər dövlət qurumları o pulları ala-ala özləri də etiraf edirlərsə ki, vəziyət bərbaddır, onda onların hamısını məhkəməyə vermək lazımdır. Nəyə görə pulu alıb problemi vaxtında həll etməyiblər?! Nəyə görə şəhər suyun içində boğulmalıdır, əhali əziyyət çəkməlidir, binaların zirzəmisi suyla dolmalı, nəmişlik yaranmalıdır?!”.

Ekoloq deyir ki, paytaxtın “yağış dərdi”ni həll etmək üçün yağış kanalizasiyası küçələrin kənarlarında yeraltı kanal şəklində salınmalıdır. Həmin kanalın içərisində ümumi kanala çıxışı olan borular qoyulmalıdır və yağış suları həmin borular vasitəsilə axmalıdır:

“Bir saat ərzində yağan milyon kub metrlərlə suyu indiki kommunikasiya sistemi ötürə bilmir, gücü çatmır, çünki 10-15 dəfə artıq su gəlir. Onların diametri hardasa 2-3 metr olmalıdır, amma hazırda 20-30 sm-dir. Bundan başqa hazırki kommunikasiya sistemlərinin ağzı tutulub. Sellofan torbalar, plastik qablar, kimin əlinə nə gəldi ora atır”.

Buna da bax: Hacıbala Abutalıbov Qız qalasına dırmaşdı (Karikatura)

“PROBLEM YAĞIŞIN ÇOX YAĞMASIDIR”

Bütün bu iradlara duruma cavabden qurumdan – “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Amma bir gün öncə bölgələrdən başlayan yağış paytaxta gəlib çatanadək oralarda da iz qoymuşdu.

2035-ci ilədək reallaşdırılması nəzərdə tutulan su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb.

Məsələn, Mingəçevir, Yevlax və Şəki sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, çox qısa müddət ərzində yağan yağış əksər yolları suyun altında qoyub. AzadlıqRadiosuna bununla bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı yaranan problemi sistemin təsisatına yox, sadəcə yağıntının normadan çox olmasına bağlayıb.

Qurumun bundan öncə mətbuata bildirdiyinə görə isə, 2035-ci ilədək reallaşdırılması nəzərdə tutulan su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb.

Həmin plana əsasən, Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişləndirilərək bütün yaşayış məntəqələrini əhatə edəcək. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək.

Görünən odur ki, hələ ki Bakı sakinləri hər yağışdan sonra bəzi yolları ətəyi əlində keçməli olacaqlar, durumun bəlkə 2035-ci ildə düzələcəyi ümidi ilə...

XS
SM
MD
LG