Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Bakı selə təslim olur - Nazirlik 24 nəfəri xilas etdiyini bildirir (Video)


Sentyabrın 28-də Bakıda yağan leysan yağışlara görə fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış üç nəfər azyaşlı olmaqla, 24 nəfər təxliyə olunub.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

***

Sentybarın 28-də yağan güclü yağışdan sonra axşam saatlarında paytaxt Bakının müxtəlif ərazilərini su basıb. Şəhərin müxtəlif hissələrində iş yerləri və bəzi evləri su altında qalıb, şəhərdə nəqliyatın hərəkəti iflic olub.

Hələlik rəsmilərdə hadisə ilə bağlı hər hansı açıqlama yoxdur. Yalnız yol polisi güclü yağış və tıxaclara görə sürücülərə xəbərdarlıq edib.

APA informasiya agentliyinin məlumatına görə, Bakı və Abşeron yarımadasında sentyabrın 29-da yağışın davam edəcəyi, gündüz yağışda fasilə olacağı gözlənilir.

***
Sizdə də bu hadisə ilə bağlı hər hansı video və ya foto varsa, bizə WhatsApp-la bu ünvana göndərin, AzadlıqRadiosunda paylaşaq:

(+420) 778 711 700

Günün bütün mövzuları

XS
SM
MD
LG