Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

-

Rusiyada keçirilən Dünya Xokkey Çempionatında Çexiya Latviyanı 4:3 hesabı ilə udaraq ilk yerlərdə qalır.

“A qrupunun tərkibində zəif komanda yoxdur”, bunu Çexiya komandasının təmsilçisi David Pastnak deyib. A qrupu Moskvada oynayır.

Bu qrupda Qazaxıstan İsveçrəni 3:2 hesabı ilə udub. Danimarka ilə Norveç arasında hesab 3:0 olub.

Sankt-Peterburqda oynayan B qrupunda ABŞ Belarusu 6:3 hesabı ilə udub. Fransa Almaniyaya 3:2, Slovakiya Macarıstana 4:1 hesabı ilə qalib gəlib.

A qrupa Rusiya, İsveç, Çexiya, İsveçrə, Latviya, Norveç, Danimarka və Qazaxıstan oynayır.

B qrupunda Kanada, Finlandiya, ABŞ, Slovakiya, Belarus, Fransa, Almaniya və Macarıstan mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG