Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:06

Xodorkovskinin tərəfdaşının cəzası azaldılıb


Avqustun 8-də Rusiyanın Arxangelsk vilayətində keçirilən məhkəmə keçmiş iş adamı Mixail Xodorkovskinin keçmiş tərəfdaşı Platon Lebedevin həbs müddətinin azaldılması qərarını verib.

Məhkəmənin qərarına görə, Lebedevin cəzası 13 ildən 9 il 8 aya salınıb.

Lebedev və onun iş ortağı, Rusiyada ən varlı insanlarından biri, keçmiş Yukos neft şirkətinin rəhbəri Xodorkovski dələduzluq ittihamı ilə 2003-cü ildə həbs olunublar və 9 illiyə məhkum ediliblər.

2010-cu ildə onlar əleyhinə mənimsəmə və çirkli pulların yuyulması kimi əlavə ittihamlardan sonra cəza illərinin sayını artırıb.

Xodorkovski və Lebedev özlərini bu ittihamlarla təqsirli bilmirlər. Lebedevin vəkili deyib ki, müdafiə etdiyi şəxsin həbs müddəti uzadılmasa, o gələn ilin martında şərti azadlığa buraxıla bilər.
XS
SM
MD
LG