Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:39

Xocasəndə qəribə ev elanları...


Xocasəndə qəribə ev elanları. noy2016
Xocasəndə qəribə ev elanları. noy2016

“Binəqədi rayonu İcra Hakimiyyəti başçısının birinci müavini sizin kameranız qarşısında dedi ki, hər kvadratmetrə görə 500 manatdan hesablama yalnız ilkin hesablamadır. Kompensasiya artırılacaq. Ancaq hökumət sözünü tutmadı. Artıq kompensasiyaların hesablanması bitib və hər kvadratmetrə görə yekun məbləğ 500 manatdır. Heç kəs bu məbləğlə razılaşmır”.

Dillərdə əzbər bir söz: Kompensasiya

Bunu AzadlıqRadiosu-na Xocasəndə söküntüsü nəzərdə tutulan 64 evdən birinin sakini Gündüz Ağakişiyev deyir.

Buna da bax:​ Xocasənlilər: 'Qaz verilməsə, aksiyalar davam edəcək...'

Keçmiş “Motodrom” ərazisindəki 64 evin sökülmə qərarını sakinlər etirazla qarşılayıblar. Daha doğrusu, hökumətin söküntü qərarına sakinlərin qarışacağı yoxdur, sadəcə, onlar vaxtilə burada tikdikləri evlərə hesablanan kompensasiyadan narazı qalıblar.

Xocasəndə qəribə ev elanları. noy2016
Xocasəndə qəribə ev elanları. noy2016

Ortaq razılıq?

Onlar dəfələrlə Bakı-Sumqayıt yolunu bağlayıblar. Hökumət nümayəndələri durumu yumşaltmaq üçün sakinlərlə görüşüb, hətta ortaq razılığa gələcəklərini vəd ediblər. Ancaq sakinlərin AzadlıqRadiosu-na dediyinə görə, “ortaq razılıq” barədə vədlər yerinə yetirilməyib.

İndi onlar qapılarına belə bir elan yazıb yapışdırıblar: “Bizim ev 500 manata satılmır”.

Buna da bax: Prezident nəzarətə götürdü

“Hökumət yerini göstərsin, razılaşım”

Sökülən evlərdən biri Rza Məmmədova məxsusdur. O, 10 il əvvəl sahəsi 100 kvadratmetr olan mənzilin tikinti və təmirinə xeyli pul xərcləyib. Həyət-bacaya da xeyli xərci çıxıb:

“Məbləğ olduqca azdır. Əziyyətlə tikdiyim 100 kvadratmetrlik evə görə 50 min manat təklif edirlər. O pulla harda eyni ölçüdə və təmirli ev almaq olarsa, hökumət yerini göstərsin, razılaşım. Ancaq bir şərtlə ki, Qaradağda – sement zavodunun yanında olmasın. İndi mən, məsəlçün, oranı nümunə göstərdim. Gedib özəl şirkətlərin Xırdalanda tikdiyi binalara baxmışıq. 28 kvadratmetrlik təmirsiz 1 otaqlı mənzil 40 min manata satılır. Hələ nağd qiyməti budur. Üstəlik, qazı, suyu, sənədi yoxdur”.

Buna da bax:​ 'Sovetski'də bu dörd tərəfi sökülən evdəkilər sona qədər duracaqlarını deyir

Xocasəndə qəribə ev elanları. noy2016
Xocasəndə qəribə ev elanları. noy2016

“Kompensasiya məbləğini Nazirlər Kabineti müəyyənləşdirib”

Evlərin söküntüsü Xocasən qəsəbəsinin girişində “Avtovağzal” metrostansiyasının bənövşəyi xəttinin deposunun inşası ilə əlaqədardır. Binəqədi rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə kompensasiya məbləğini Nazirlər Kabinetinin müəyyənləşdirdiyini bildiriblər.

XS
SM
MD
LG