Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:13

Dəvəçilik, daşyonma, bir də yemiş...


İŞİD son təbliğatlarında "xilafərin" mənzərələrindən istifadə edir

İŞİD son təbliğatlarında "xilafərin" mənzərələrindən istifadə edir

İŞİD dünyaya özünün "daha insani simasını" göstərməyə çalışır. Yeni təbliğatda dəvələr və bol romantika var.

AzadlıqRadiosunun müxbiri Joanna Paraszczuk yazır ki, dəvəçilik, yemiş yetişdirmək və daşyonma arasında nə kimi bağlılıq ola bilər? Bu suala müxbirin özü cavab verir: bütün bunlar İŞİD-in yeni xəyalpərvər təbliğatına daxildir.

Məqalədə deyilir ki, dünya İŞİD-in təbliğat videolarında daha çox baş kəsilməsi, kütləvi güllələmə və daşqalaq aktlarını görməyə adət etsə də, təşkilat son aylarda təbliğatını dinc vətəndaş həyatına yönəltməyə başlayıb.

Britaniyanın antiekstremizm araşdırma mərkəzi Quilliam tərəfindən açıqlanmış “Virtual Xilafətin Sənədləşdirilməsi” adlı yeni hesabatında videolar, fotoreportajlar və hətta yalnız ağızla ifa olunan musiqi parçaları – naşidlər də daxil 1146 təbliğat nümunəsi nəzərədən keçirilib.

Hesabatda deyilir ki, İŞİD, öz nəzarəti altında olan ərazidə - “xilafət” elan etdiyi yerlərdə dinc həyatı göstərən vasitələrdən daha çox tərəfdar cəlb etmək üçün istifadə edir.

Hesabatda bu da vurğulanır ki, “dinc həyata” aid bu materiallar keçmişlərdən fərqli olaraq son iki-üç ayda daha çox regional əhaliyə tuşlanıb.

“Utopiya”

Əslində İŞİD keçən ilin iyununda özünü “xilafət” elan edəndən bəri göstərməyə çalışır ki, o şəriət qanunları ilə işləyən normal bir ölkə yaradıb.

İŞİD daşyonma sənətinin hamisindən daha çox qədim abidələrinin dağıdıcısı kimi tanınır

İŞİD daşyonma sənətinin hamisindən daha çox qədim abidələrinin dağıdıcısı kimi tanınır

Bu ölkədə yaşayışın “normallığını” nümayiş etdirmək üçün Raqqa ətrafındakı dəvəçilik təsərrüfatı qurmaq cəhdlərindən və Liviyanın Sirte şəhərindəki daşyonma sənətindən bəhs olunur.

Quilliam-ın hesabatında deyilir ki, bu sayaq təbliğat kampaniyasının əsas və son məqsədi hökumət kimi müəyyən legitimlik görüntüsü yaratmaqdır.

İŞİD-in son təbliğat videolarında mallar və alıcılarla dolu bazar və mağazaların nümayiş etdirilməsi də bu qəbildəndir.

“Xilafət”dəki həyata azca sevinc qatmaq üçün oynayan şən uşaqların da videoları işə salınıb.

Şəriət altında

Amma hər halda homoseksual kişilərin hündür binalardan atılması, düşmənlərin boyunlarının vurulması və güllələnməsi kimi ürəkbulandıran görüntülər daha geniş yayılıb.

İD-in belə görüntülərdən istifadə etməsində aydın bir məqsəd var. Onlar göstərmək istəyirlər ki, alkoqol və küfr də daxil, Quranda göstərilmiş altı “cinayət” növünə qarşı “hədd” cəzalarından istifadə edilir.

Hesabatda “ədalət mövzulu” 41 material sənədləşdirilib.

Bu təsvirlər həm də yerli əhalidə belə bir təsəvvür yatamalıdır kİ, İD adlanan təşkilatın idarə etdiyi ərazidə “qanunçuluq xilafəti” mövcuddur və bu “dövlət” “çevik və amansız” cəzalandırma sisteminə malikdir.

Dəvəli mənzərələr

İD-in təbliğat materialları arasında ən təccüblüsü təbiətin təsvirinə həsr edilimiş 31 fotooçerkdir.

Buraya dəvələri, toz qasırğaları və çöl quşları ilə zəngin mənzərələr daxildir.

İŞİD bu materiallarla sanki göstərməyə çalışır ki, təşkilat yalnız “qaniçən manyaklardan” ibarət deyil.

Hesabatda deyilir ki, bu kimi “turizm” materiallarının hazırlanmasından məqsəd “xilafətin” romatikləşdirilməsidir.

İŞİD bu materiallarla sanki göstərməyə çalışır ki, təşkilat yalnız “qaniçən manyaklardan” ibarət deyil.

Bu materiallar həm də nümayiş etdirməlidir ki, “xilafətə” yollananlar heç də təkcə döyüşməyə yox, həm də yaşamağa gedirlər.

“Xilafətin marketinqi”

Hesabatda İŞİD-in yeni tipli təbliğatına qarşı nə kimi əks-təbliğat qoyula biləcəyinə dair də cavablar var.

Bir çox xüsusiyyətlərinə görə İD özünü media şirkəti kimi aparır

Quilliam bildirir ki, İŞİD-in mürəkkəb təbliğatına qarşı hər hansı konkret vasitələr qoyula bilməz. Əvvəlcə bu təbliğat maşınını tam başa düşmək lazımdır.

Hesabatda deyilir ki, İŞİD təbliğatı ilə mübarizə istər dövlətlər, istərsə də fərdlər səviyyəsində aparılmalıdır.

“Bir çox xüsusiyyətlərinə görə İD özünü media şirkəti kimi aparır” – deyib Quilliam-ın menecment direktoru Haras Rafik, - Bu, “xilafətin” özünü sənaye səviyyəsində marketinq etməsidir. Elə isə, biz bu brendi dağıtmaq üçün ilk əvvəl onun dərinliyini öyrənməliyik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG