Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Noyabrın 4-də, saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti xəbər verir ki, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub, işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə edilib.

Ekspertlər hadisə yerində texniki müayinə apararaq özüldə heç bir konstruktiv dəyişiklik müəyyən etməyiblər. Hazırda ərazidə təmir və istehsalat prosesləri ümumi rejimdə davam edir.

Noyabrın 4-də Xəzərdə yeraltı təkanın maqnitudası 3.1, dərinliyi 44 m olub. Zəlzələ hiss olunmayıb.

2015-ci ildekabrın 4-də baş verən yanğın zamanı “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə 34 nəfər xilas edilib, 17 nəfərin meyiti tapılıb. 15 nəfər hələ də itkin düşmüş sayılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG