Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:17

Noyabrın 27-də Aşqabadda Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) sahəvi qurumları arasında “Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” protokol imzalanıb.

APA-nın məlumatına görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır.

Sənəddə Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, xilasetmə əməliyyatına dair müddəalar yer alıb. Protokol Xəzərdə dəniz limanlarına nəzarətin təmin edilməsini, gəmilərin hərəkətinə xarici amillərin, dənizin çirkləndirilməsinin, sualtı naqillərin, qazma platformalarının, kəmərlərin mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG