Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

Yanan bina işi: 'Yanğına o zibil səbəb oldu'


►"Bizə yanğından daha çox, yanğınsöndürənlər ziyan vurub. Suyu hara gəldi, vururdular. Nəticədə evim pis vəziyyətə düşdü..."

Bunu ötən ilin aprelində Xətai rayonunda 9-mərtəbəli yaşayış binasındakı yanğından ziyan çəkən sakinlərdən biri Pəri Məmmədova məhkəmədə ifadəsində deyib.

“KOMPENSASİYA ÖDƏNMƏYİB”

Həmin yanğın hadisəsi xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hazırda məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir.Zərərçəkmişlər məhkəməyə gəlmək istəmirdilər. Məhkəmə onların barəsində xüsusi qərar çıxarıb, polis vasitəsilə məcburi şəkildə gətirdib.

Avqustun 23-də keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən daha 12 nəfəri dindirib. Onların çoxu evlərinin təmir olunduğunu, kompensasiya aldıqlarını, bu hadisəyəgörə təqsirləndirilən şəxsləri tanımadıqlarını və heç bir şikayətlərinin də olmadığını bildiriblər.

BUNA DA BAXIN: Dəhşətli yanğında pişiyin xilas etdiyi Binəqədi sakini

Amma narazı qalanlar da var. Məsələn, yanğınsöndürənlərdən şikayətlənən Pəri Məmmədova deyir ki, ziyan çəkməsinə baxmayaraq, ona heç bir kompensasiyaödənilməyib.

Başqa bir zərərçəkmiş Oqtay Vəliyev də ziyanın düzgün hesablanmadığını deyib. O, dəymiş ziyanın yenidən hesablanmasından ötrü mütəxəssis dəvət olunması və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Həmçinin ona 45 min 380 dollar ödənilməsi üçün məhkəməyə mülki iddia təqdim edib.

“QIZILDAN KONDİSİONER DƏ QOYSAN…”

"Həmin ikiotaqlı ev oğlumun adınadır. Amma oğlum Dubayda yaşayır, orada ailəsi qalırdı. Həm gəlinim, həm də mən bu iş üzrə zərərçəkmiş kimi tanınmışıq. Gəliniməziyanı 40 min, mənə 28 min hesablayıblar. Özüm isə hesablamışam ki, 45 min 380 dollardır", – zərərçəkmiş mülki iddiasını əsaslandırarkən deyib.

Təqsirləndirilən şəxslərin vəkilləri mülki iddianın icraata götürülməsinə etiraz edib.

BUNA DA BAXIN: Yanğınsöndürənləri brilyant oğurlamaqda suçladılar

"İkiotaqlı evə, hətta qızıldan kondisioner də qoysan, dəymiş ziyan o qədər böyük məbləğ eləmir", – vəkil Fazil Nemətov bildirib.

Məhkəmə yenidən qiymətləndirmə üçün təkrar ekspertiza və ya mütəxəssis dəvət olunması barədə vəsatəti təmin etməyib. Mülki iddia isə qəbul olunub. Hakim bildirib ki,məhkəmə yekunda bu məsələyə münasibət bildirəcək.

“YANĞINA O ZİBİL SƏBƏB OLDU”

Digər zərərçəkmiş Fəqumə Məmmədova yanğının səbəbilə bağlı maraqlı ifadə verib:

"Dördkünc bir şey qoymuşdular, içi də zibillə dolu idi. Birini o biri binanın böyrünə qoymuşdular, birini də bizim binanın. Yanğına da o zibil səbəb oldu".

Məhkəmə avqustun 30-da davam edəcək.

Buna da bax: Yanan bina sakinləri məhkəməyə gəlmirlər

Xatırladaq ki, sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərəfaktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdanzərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrdoğuranda) maddələriylə ittiham olunurlar.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıqetdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanıtərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıbvə o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG