Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

Xətai Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rafiq Quliyev noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Xətai Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rafiq Quliyev noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolundakı 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar şahid kimi ifadə verib.

Buna da bax:​ 'Bina Fövqəladə Halların nəzarəti altında üzlənib'

Rafiq Quliyev deyir ki, yanan binanın üzlənməsi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH-in) sifarişi ilə gerçəkləşib. Onun sözlərinə görə, görülən işlərə də bu qurum nəzarət edib.

İcra başçısının müavini bildirib ki, yanan bina 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MİS-in) ərazisinə düşür.

Prokurorluğa BŞİH əleyhinə materiallar verilib

Dindirmə zamanı məlum olub ki, Rafiq Quliyev istintaq dövründə məsuliyyəti Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyan materialları prokurorluğa təqdim edib. Söhbət bina üzlənərkən, onun əhatəsinə vurulmuş lövhələrin fotoşəkil və videogörüntülərindən gedir.

Buna da bax: Xətai yanğını: Zərərçəkmişlər məhkəməyə niyə gəlmir?

Məhkəməyə sədrlik edən hakim Eldar İsmayılov icra başçısının müavinindən həmin materialları istintaqa təqdim edib-etmədiyini soruşanda, Rafiq Quliyev bunu təsdiqləyib.

“Çağırırıq… Gəlmirlər”

Prokuror müəyyən məqamlara aydınlıq gətirilməsi üçün icra başçısı müavininin növbəti məhkəmə iclasına da çağrılmasını istəyib.

Hakimin dediklərindənsə aydın olub ki, bu iş üzrə şahidlər məhkəməyə çağrılsalar da, gəlmirlər. Bu səbəbdən məhkəmə noyabrın 15-dək ertələnib.

Buna da bax:​ Yanan bina işi: «JEK müdiri niyə orada oturub?»

Sözügedən yanğına görə, 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktik rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.

Adları çəkilən şəxslər…

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Buna da bax: Bina yanğınına görə MTN əməkdaşlarının dindirilməsi tələb olunur

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG