Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

İki həftədir haqqında xəbər alınmayan AXCP gənc fəalı Xəqani Nəsirovun sosial şəbəkələrdə fotokollajı yayılıb.

Həmin kollajda gənc fəalın təmizlik işlərinə cəlb edildiyi əks olunur.

Bu barədə AXCP Gənclər Komitəsinin məlumatında bəhs edilir.

Məlumatda Xaqani Nəsirovun Facebook profilində sərt tənqidi statuslarına və karikaturalar yaydığına görə cəzalandırıldığı güman edilir.

«X.Nəsirov özünün Facebook səhifəsində «Formula-1» Avropa Qran-prisi yarışlarının Bakıda keçirilməsini kəskin tənqid edən status və karikaturalar yaymışdı», - məlumatda bildirilir.

Gənclər Komitəsi X.Nəsirovun məhz həmin statuslara görə saxlanıldığını düşünür.

«AXCP iyunun 23-dən etibarən Xəqani Nəsirovdan xəbər ala bilmir. Onun telefonuna zəng çatmır. Qeydiyyatda olduğu ərazinin polis idarəsi ilə dəfələrlə əlaqə yaradılsa da, onlardan hər hansı məlumat almaq mümkün olmayıb. Təcrübəyə əsasən güman etmək olar ki, Xəqani Nəsirov polis tərəfindən saxlanılıb», - komitədən bildiriblər.

Gənclər Komitəsi həmçinin, X.Nəsirovun ailəsi ilə əlaqə saxlamağın da mümkün olmadığını bildirib.

AXCP-nin Nəsimi rayon şöbəsinin üzvü olan X.Nəsirovdan ötən ayın sonlarından xəbər yoxdur.

Partiyadaşları X.Nəsirovu polisin saxlamasından şübhələnirlər. Ancaq gəncin taleyinə hüquq-mühafizə orqanlarından aydınlıq gətirmək mümkün olmayıb.

AXCP-nin hazırda 10-dan çox üzvü həbsdədir. Partiya onların günahsız yerə, siyasi sifarişlə həbs edildiyini deyir. Hakimiyyət isə, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG