Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 08:54

►Onun ölkəni tərk etməsi yasaqlanıb

Araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl ATƏT-in media azadlığı ofisinin Tblisidə keçirdiyi 13-cü media konfransında çıxış edib.

Xədicə İsmayıl toplantıya skype vasitısilə qatılıb.

Xədicə İsmayılın internet üzərindən toplantıya qatılması iştirakçıların alqışları ilə qarşılanıb.O, Azərbaycanda medianın, söz və ifadə azadlığının durumu haqda çıxış edib.

Jurnalist ardınca ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviçin suallarını cavablayıb.

X.İsmayıl bir müddət əvvəl media konfransına dəvət alması ilə bağlı məhkəməyə müraciət etmişdi.O, məhkəmədən ölkədən çıxışına qoyulan yasağın qaldırmasını xahiş etmişdi.

Ancaq məhkəmə bu yasağı götürməmişdi. ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç konfrans zamanı məhkəmənin həmin qərarını tənqid edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə, həbs olunduğunu bildirirdi.

X. İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.

Bu gün Tbilisidə Kütləvi informasiya vasitələrinin XIII Cənubu Qafqaz konfransı keçirilir. Konfrans sabah başa çatacaq.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Buna da bax: "Xarici borc sürətlə artır"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG