Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

Məhkəmə yenə Xədicə İsmayıla 'yox' dedi


Xədicə İsmayıl vəkilləri Yalçın İmanov (solda) və Fariz Namazlı (sağda) ilə

Xədicə İsmayıl vəkilləri Yalçın İmanov (solda) və Fariz Namazlı (sağda) ilə

►Jurnalist ürək şuntlanması əməliyyatı keçirmiş anasını Ankarada tibbi müayinəyə aparmaq istədiyini bildirib

Binəqədi Rayon Məhkəməsi araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın xaricə getməsinə icazə verməyib.

Jurnalist beynəlxalq tədbirdə iştirak və anasını tibbi müayinədə müşayiət etməkdən ötrü xaricə getməsinə icazə istəyirdi.

İşə iyunun 28-də Binəqədi Rayon Məhkəməsində Hakim Rəşad Əliyev baxıb.

X. İsmayıl məhkəmədə deyib ki, iyulun 1-dən 7-nə kimi Tbilisidə keçiriləcək beynəlxalq tədbirdə iştirakla bağlı ATƏT Parlament Assambleyasının hüququ məsələlər komitəsinin rəhbəri İzabella Santos və bu qurumun media məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçdən dəvət alıb.

Bundan əlavə, jurnalist ürək şuntlanması əməliyyatı keçirmiş anasını Ankarada tibbi müayinəyə aparmaq istədiyini bildirib.

X.İsmayıl şərti cəza rejiminə əməl etdiyini, məhkəmə icra orqanlarında vaxtlı-vaxtında qeydiyyatdan keçdiyini də qeyd edib.

Ancaq məhkəmə icra orqanının nümayəndələri Cavid Məmmədyarov və prokuror Svetlana İslamova jurnalistin müraciətinin təmin edilməsinin əleyhinə olublar.

C.Məmmədyarov qeyd edib ki, X.İsmayıl barəsində hökmün icrasına yeni başlanılıb. Prokuror isə deyib ki, tibbi müayinəni Azərbaycanda da etmək olar.

Məhkəmə jurnalistin müraciətini təmin etməyib.

____________________________________________________________

Bunlara da bax:
Qənimət Zahidin qohumlarına 6 il həbs verildi
'Qohum, pul ver, biznes qurum'

____________________________________________________________

Xədicə İsmayıl məhkəmənin qərarından şikayət verəcəyini bildirib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X. İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.

Ötən ay Sumqayıt Məhkəməsi şərti azadlığa buraxılan hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxışına isə icazə vermişdi.

Bu gün Xədicə İsmayılın Ali Məhkəmədə bir başqa istəyi də gerçəkləşməyib.
Həmin işdə söhbət Elman Həsənovun (Bayraqdar) iddiası əsasında Xədicə İsmayılın CM-nin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib, 2 min 500 manat cərimələnməsindən gedir. Son Amnistiya Aktı bu işdə də şamil olunsa da, Xədicə İsmayıl hökmün ləğvini və ona bəraət verilməsini tələb edirdi. Lakin onun bu istəyi də yerinə yetirilməyib.

Buna da bax: Azərbaycanlıları İŞİD-ə aparan səbəblər

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər

Günün bütün mövzuları

XS
SM
MD
LG